Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 30 dekabr, 2020
Bürclər

Bizimyol.info 30 dekabr, 2020-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Başqalarından fərqlənməyi sevirsiniz. Bu gün nəfsiniz daha da artacaq və emosional münasibətlərinizdə eqoist davrana bilərsiniz. Problemlərinizi başqaları ilə bölüşün. Radikal qərarlar vermək istəyirsiniz, amma bu qərarları təxirə salsanız, yaxşı olar.

Buğa bürcü Buğa bürcü

Buğa - Bu gün təhlükəsizliyiniz hər şeydən üstün olacaq. Xeyirxah təbiətiniz var, amma şəxsi maraqlarınızdan söhbət gedərkən güzəşt etmirsiniz. Maliyyə məsələlərində öz prinsiplərinizdən dönmürsünüz. Çalışın bu prinsipiallıq xeyirxah təbiətinizə xələl gətirməsin. Xeyirxahlıq da mükafatsız qalmır...

Əkizlər - Hərəkətli həyat tərziniz var. Öz yaşam tərzinizi başqalarına da qəbul etdirməyi bacarırsınız. Amma bu gün iştirak edəcəyiniz söhbətlərdə fikirlərinizi şişirtmədən dilə gətirməlisiniz. Yüksək inandırma bacarığnız olsa da, bu gün bu anlamda müqavimətlə rastlaşa bilərsiniz.

Xərçəng - Xəyallarınızda bədbin olmaq üçün bir əsas yoxdur. Fərqli düşüncələrə qapılırsınız, narahatlıq keçirirsiniz.  Planlarınızı aydın şəkildə qurun. O planları həyata keçirmək üçün lazım olan bacarıq və enerji sizdə var. Yeniliklərə getmək mövzusunda da tərəddüd etməyin. Nikbin olun.

Şir bürcü Şir bürcü

Şir - İddialı davranacağınız və öz mövqeyinizdən geri çəkilməyəcəyiniz bir gündür. Bu gün uğurlarınızı təşkilatçılıq fəaliyyəti ilə daha da gücləndirəcəksiniz. Dostlarınız arasında maraqlı fikirlərinizlə seçiləcəksiniz.

Qız - İşinizin sizə gətirəcəyi qazancların incə detallarına diqqət yetirəcəksiniz. Önə çıxan yeni istəkləriniz hətta özünüzü də təəccübləndirə bilər. Sosial fəaliyyətinizin yeni tərəflərini kəşf edəcəksiniz və bu əsasda da gələcək üçün tam yeni planlar qurmağa başlayacaqsınız.

Tərəzi - Hər şeyə şübhə ilə yanaşacağınız bir gündür. Gördüklərinizi və eşitdiklərinizi diqqətlə araşdıracaqsınız. Amma enerjiniz dağınıq və əsəbləriniz gərgin olduğuna görə bir çox detallar diqqətinizdən yayına bilər. Ətrafdakı insanları öz şübhələrinizlə aşağılamayın və öz fikirlərinizi onlara qəbul etdirməyə çalışmayın.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - Qəlbinizin dərinliyində narahatlıq keçirə bilərsiniz. Bu gün sizi üzəcək hadisələrdən uzaq durmağa çalışın. Xüsusilə yaşadığınız və qarşılaşdığınız hər şeyi həssas qarşılamağınız sizi üzür. Bəzən bir qədər laqeyd olmaqda - "boş ver" deyib keçməkdə də fayda var.

Oxatan - Uzun müddət görmədiyiniz dostlarınıza zəng etmək istəyəcəksiniz. Bəzilərindən ötrü həqiqətən darıxırsınız. Onların da sizinlə ünsiyyətdə olmaq istədiyini dəqiq bilirsiniz. Əsəbləriniz gərgin olacaq. Dostlarla ünsiyyət kömək edə bilər. Köhnə və xoş xatirələri yada salmaq ruhi dinclik gətirəcək.

Oğlaq - Bu gün qarışıq və özünüz üçün də anlaşılmaz olan düşüncələr içində olacaqsınız. Çevik düşünüb qərar verməyinizi tələb edən bir çox məsələlər var. Hamısını sıra ilə planlaşdırmalı və ən vaciblərini önə çəkməlisiniz. Yupiter Əqrəb bürcündə hərəkət edərkən təmkininizi daha da artırır. Tələsmədən irəliləmək lazımdır.

Dolça bürcü Dolça bürcü

Dolça - Sevgidə maneələri sevmirsiniz. Sosial münasibətlərinizdə emosional cəhətləri uğurla önə çıxaracaqsınız. Dərdlərinizi başqaları ilə paylaşmaq istəyəcəksiniz. Bu istəyiniz yaxşı qarşılanacaq. Bəzi adamlarla münasibətlərinizdə indiyə qədər gizli saxladığınız hisslər üzə çıxacaq.

Balıq - Bu gün ailənizlə xüsusi çevrələrdə iştirak edə bilərsiniz. İşdəki əngəlləriniz səbəbindən uzaq olduğunuz, illərlə görüşə bilmədiyiniz qohumlarınız var. Bəzi dəyərlər ön plana çıxdıqca, fərqli duyğuların sizi əhatə etdiyini görəcəksiniz. Qohumlarla ünsiyyətin vacib olduğunu anlayacağınız bir gündür.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »