Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kasıb Ermənistan xalqı sizə görə əziyyət çəkir”
Nikol Paşinyan

Nikol Paşinyanın reytinqi sürətlə aşağı düşür. Sosial şəbəkələrdə yazılanlar da bundan xəbər verir.

Ermənistanın baş naziri hər gün nüfuz itirir.

Bizimyol.info xəbər verir ki, Paşinyanın sosial şəbəkə səhifəsindəki növbəti açıqlaması da cəmiyyətdə qəzəblə qarşılanıb. Xeyli acıqlı rəy müşahidə olunur. Xüsusən də son günlər sərhədlərin müəyyənləşdirilməsi zamanı xeyli ərazinin Azərbaycana qaytarılması vəziyyəti daha da ağırlaşdırıb.

Qafanda ekskavatorla sərhəd xətti qazılır - Video Qafanda ekskavatorla sərhəd xətti qazılır

Qoar Kazaryan Paşinyana müraciətlə yazıb ki, özünə haqq qazandırmağı dayandırmaq lazımdır. Gerçəkdən də baş nazir son açıqlamasında qarşıdurmanın qaçılmaz olduğunu vurğulayıb, baş verənlərə görə böyük məsuliyyət daşımadığını cəmiyyətə qəbul etdirmək istəyib. Kazaryan Paşinyanın özünü müdafiə etməyə haqqı olmadığını yazıb: “Təəssürat budur ki, komandanız yerində donub və kasıb xalqımız sizə görə əziyyət çəkir. Özündən başqa heç kimə qulaq asmırsan... Bağışla, amma bütün bunlara baxanda sənə inam gündən-günə itir. Tanrı millətimizi qorusun”.

İrəvanda Respublika meydanında mitinq

Anna Martirosyan Paşinyanın yazdıqlarını daha oxumaq istəmədiyini bildirib. O, baş nazirə öz sosial şəbəkə platformasını bağlamağı tövsiyə edib: “Sizi bağışlamayacağıq”.

Karina Qorqyan ölkəni tör-töküntülərdən təmizləməyin vaxtı yetişdiyini qeyd edib: “Üfunət hər yerə yayılıb”.

Marine Manuçaryan Paşinyanı yalan yazmaqda ittiham edib. Sosial şəbəkə izləyicisi baş naziri mənimsəmə əməllərində günahlandırıb: “Yenə nağıl danışırsınız”.

Şiraz Xaçatryan da Manuçaryanın ritorikasına yaxın çıxış edib: “Yenə yalan. İnsanın bir az əxlaqı olmalıdır”.

Robert Totoyan yazıb ki, Paşinyan bircə özündən başqa hamını günahlandırmağı bacarır.

Paylaş »
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »