Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağda vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün bölgədə sabitlik təmin olunmalıdır” - Politoloq
İlyas Hüseynov

“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr bəyanatından sonra Ermənistan tərəfi bir neçə dəfə atəşkəsi pozub və bunun nəticəsində silahlı qüvvələrimizin şəxsiyyəti arasında şəhidlər də olub, yaralılar da olub.

Bununla bağlı olaraq Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Çünki Ermənistan respublikasının baş naziri Nikol Paşinyan bu bəyanata imza atıb və bu eyni zamanda da kapitulyasiya bəyanatı idi”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, Ermənistan tərəfi əgər bu təxribatları, diversiyaları və yaraqlıları Azərbaycana göndərməklə nəyəsə nail olmağa çalışırsa bu, əbəsdir: “Çünki Azərbaycanın çox güclü ordusu var və antiterror əməliyyatını həyata keçirə biləcək peşəkar hərbçilərimiz silahlı qüvvələrimizin tərkibində xidmət edirlər. Bununla yanaşı qeyd etmək lazımdır ki, Rusiya sülhməramlılarının ölkəyə gəlməsindən sonra Türkiyə sülhməramlılarının da bölgədə qalıcı sülhü və təhlükəsizliyi təmin etmək üçün Azərbaycana gələcəklər və Ağdamda birgə monitorinq mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Artıq bu gün Türkiyə respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib və ehtimal olunur ki, birgə monitorinqin işlənməsinin mexanizmi və detalları müzakirə olunub. Ümumilikdə Türkiyə ilə Rusiyanın bölgədə təhlükəsizliyi təmin etmək üçün uğurlu fəaliyyətini ehtimal etmək olar. Çünki dünyanın digər bölgələrində çox uğurlu birgə əməliyyatlar həyata keçirilir. Qarabağ bölgəsi də düşünürük ki, istisna olmayacaq. Amma bu cür təxribatçı diversiya hərəkətləri ilə Ermənistan tərəfi heç nəyə nail olmayacaq. Bir müddət öncə Köhnə Tağlar və Çaylaqqala kəndlilərində də bu cür hadisə müşahidə olunmuşdu və bunun nəticəsində Azərbaycan tərəfi uğurlu antiterror əməliyyatı həyata keçirərək bütün yaraqlıları zərərsizləşdirmiş və təhlükləni qabaqlamışdır. Azərbaycanlılar işğaldan azad olunmuş torpaqlarda yaşayacaqlar və vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün bölgədə təhlükəsizlik, əmin-amanlıq və sabitlik təmin olunmalıdır”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »