Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“O halda Gorusda Azərbaycan dili eşidiləcəkdi”
Nikol Paşinyan

Ermənistanda Azərbaycan qarşısında məğlubiyyətə görə ən çox baş nazir Nikol Paşinyan tənqid olunur.

Xalqın bəlli hissəsi ona qarşı çox acıqlıdır. Paşinyanın çıxışları, müsahibələri də onları sakitləşdirmir.

Bizimyol.info xəbər verir ki, Ermənistanın baş naziri bu dəfə spsoal şəbəkəni tribuna seçib. Paşinyan yenə məğlubiyyət haqqında danışıb: “Həmişə dövriyyəyə belə fikir buraxırlar ki, çevik siyasət sayəsində qarşıdurmadan qaçmaq olardı. Belə düşünənlər bir suala cavab versin: bəs onda niyə 2016-cı ildə toqquşmadan yan ötə bilmədik?”

Xankəndi Xankəndi şəhəri

Baş nazir deyib ki, Ermənistanın illərdir yürütdüyü “çevik” siyasət 2016-cı ilin yanvarında Rusiyanın Qarabağın statusunu dəqiqləşdirmədən Azərbaycana 7 bölgəni (5+2) qaytarmaq təklifi ilə nəticələndi.

“Rusiya niyə belə təklif irəli sürdü? Sadə bir səbəbdən, Ermənistanın “çevik” siyasəti Madrid prosesini çıxmaza salmışdı, Qarabağ yalnız Azərbaycanın razılığı ilə Azərbaycandan kənarda status ala bilərdi. Rusiyaya, o cümlədən hamıya aydın idi ki, Azərbaycan belə varianta razılaşmayacaq. Azərbaycanın razılaşmamaq imkanı vardı. Vəziyyətdən çıxmaq yollarını tapmaq lazım idi. Bəziləri deyirlər ki, 2018-ci ildən sonra Ermənistanın yürütdüyü siyasətin “yetərincə Rusiyapərəst olmaması” toqquşmaya əsas yaradıb. Elədirsə, 2016-cı ildə “yetərincə Rusiyapərəst” siyasət niyə Rusiyanın 7 bölgə ilə bağlı təkliflərinə yol açdı, aprel toqquşması baş verdi?”

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd

Paşinyanın fikrincə, qarşıdurmadan qaçmağın yalnız bir yolu vardı. Bunun üçün əraziləri qaytarmaq və Qarabağın statusunu unutmaq lazım idi: “Əlbəttə, indi bu versiyanın tərəfdarları xeyli artıb. Amma onlar bir şeyi nəzərə almır ki, bu halda Gorusun Eyvazlı kəndində Azərbaycan dili eşidiləcəkdi. Bizi də vaxtilə torpaqları satmaqda ittiham ediblər. İndi isə şübhəli bəyanatlarla əsirlərimizin həyatına təhlükə yaradırlar. “Çevik” siyasət tərəfdarlarının ən böyük səhvi ondadır ki, uzun illər qarşıdurmadan yayınmaq siyasəti yürüdüblər, ona hazırlıq yox. Ən böyük qüsurumuz odur ki, iki il yarım ərzində talanmış pulları qaytararaq, indiki vəziyyətə lazımınca hazırlaşmadıq”.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »