Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Zəngəzurun kəndində yaşayanlara bir gün vaxt verdi
Şurnux qəsəbəsi

Zəngəzurda Azərbaycanla Ermənistan sərhədinin yenidən müəyyənləşdirilməsi qonşu ölkədə böyük həyəcanla qarşılanır.

Tarixi torpaqlarımızda məskunlaşmış Ermənistan vətəndaşları bu faktı heç cür qəbul etmək istəmir. Böyük etiraz var. Buna baxmayaraq, razılaşmanın şərtləri də pozula bilməz.

Bizimyol.info xəbər verir ki, Ermənistan saytları Azərbaycan qüvvələrinin Zəngəzurun qəsəbəsində yaşayan sakinlərə ərazini boşaltmaq üçün bir gün vaxt verdiyini yazıb. Söhbət Şurnuxudan gedir. Neçə gündür bu qəsəbənin yarısının Azərbaycana qaytarılacağı müzakirə olunur. Qəsəbə sakinləri buna görə ciddi narazılıq edirdi. İndi isə Gorus merinin müavini Menua Ovsepyan məsələyə aydınlıq gətirib: “Sabah azərbaycanlılar kəndə gələcək. Sakinlərə və kənd icmasının başçısına deyiblər ki, Ermənistan rəhbərliyinin bu işdən 10 gündən çoxdur xəbəri var”.

Gorus merinin müavini Menua Ovsepyan

Ovsepyan bildirir ki, kənd sakinləri yaşayış məntəqəsinin içindən keçən yolu bağlayıblar. Amma məsələ ondadır ki, həmin yol da Azərbaycana qaytarılır. “Ağrılı güzəştlər deyəndə bunu nəzərdə tuturdular?”, - deyə Gorusun meri söyləyib.

Ovsepyanın sözlərinə görə, qəsəbənin 12 evi və həyətyanı sahəsi Azərbaycana təhvil verilir. Mer deyib ki, heç kimə inam yoxdur: “Ümidimizi təkcə Tanrıya bağlamışıq”.

Şurnuxu Azərbaycanın qədim kəndlərindən sayılır. Tarixi mənbələrdə hələ 1831-ci ildə kənddə 84 azərbaycanlının yaşaması barədə məlumata rast gəlmək mümkündür. 1988-ci ilin noyabrında Şurnuxuda yaşayan azərbaycanlılar güclə deportasiya olunub.

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd

Şurnuxu Gorusun ən böyük kəndi sayılır. Ermənistan mənbələri axırıncı dəfə burada 224 nəfərin yaşadığını qeyd edir. Amma Ermənistan jurnalistlərinin yazdığından belə çıxır ki, orada yaşayanların sayı rəsmi rəqəmlərdən təxminən iki dəfə azdır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »