Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzurda qurulmuş "Azərbaycana xoş gəlmisiniz!" lövhəsi həyəcan yaratdı
Etirazçılar İran-Ermənistan yolunu bağlayıblar

Ermənistanın insan haqları üzrə Ombudsmanı Arman Tatoyan Zəngəzurda qurulmuş "Azərbaycana xoş gəlmisiniz!" lövhəsinə görə narahat olub.

Bizimyol.info xəbər verir ki, Ombudsman bu barədə öz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Zəngəzir vilayətinin Gorus-Qafan yolunun üzərində "Azərbaycana xoş gəlmisiniz!" lövhəsi quraşdırılıb və Azərbaycanın xəritəsi təsvir olunub. Nə qədər məntiqsiz səslənsə də, Tatoyan bununla bağlı beynəlxalq qurumlara müraciət etdiyini deyib.

Arman Tatoyan Arman Tatoyan

Ombudsman həmişəki kimi yerli əhalinin qorxu və həyəcanını ön plana çəkib: "Azərbaycan tərəfinin burada öz xəritələri ilə birlikdə belə bir lövhə quraşdırması Gorusda, Vorotan (Urud - red) kəndi və ətraf yaşayış məntəqələrində narahatlıq doğurub. Həmçinin həmin yol üzərində, o cümlədən Vorotan kəndi ərazisində Azərbaycan bayraqlarının asılması da narahatlıq doğuran haldır".

Ombudsmanın sözlərinə görə, həmin ərazilərin sakinləri onun ofisinə öz həyatları ilə bağlı həyəcan siqnalları göndəriblər: "Onlar həmçinin  fiziki təhlükəsizlik və toxunulmazlıq, mülkiyyət və digər vacib həyati hüquqları ilə bağlı narahatdırlar. Müraciətdə bildirilir ki, bu hal onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın Ombudsman aparatı dərhal araşdırmalara başlayıb. Həmin xəritədə Sünik (Zəngəzir - red.) vilayətinin və başqa ərazi vahidlərinin əhəmiyyətli hissəsi Azərbaycan torpaqları kimi göstərilib. Belə bir lövhənin asılması qınağa layiqdir. Bu addım sərhədyanı ərazilərdə yaşayanları qorxutmağa hesablanıb".

Şurnux qəsəbəsi Şurnux qəsəbəsi

Qeyd edək ki, Gorus-Qafan yolunun müəyyən hissələri və Urud kəndi, Şurnux qəsəbəsi vəbir sıra başqa ərazilər sərhəd demarkasiyasına əsasən Azərbaycana qaytarılmalıdır. Razılaşmaya əsasən, sərhədlər SSRİ vaxtında olduğu kimi müəyyən edilməlidir. Həmin vaxt qüvvədə olan sərhədlərə əsasən Zəngəzurun və başqa ərazilərin müəyyən hissələri Azərbaycana qaytarılmalıdır.

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yerli İctimai Televiziyaya müsahibəsində bildirmişdi ki, hazırda Azərbaycanla sərhəddə 20 ərazi vahidi ilə bağlı məsələlər müzakirə edilir.

Nikol Paşinyan Nikol Paşinyan

Yəni Azərbaycan həmin lövhəni və bayraqları öz ərazisində quraşdırıb. Halbuki qondarma rejimin və Ermənistanın bayraqları indi də Azərbaycanın Xankəndi şəhərində asılmaqdadır. Yəni Ermənistan belə məsələlərin üzərinə çox yerisə, sonunda yenə də itirən tərəf olacaq.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »