Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kontrafakt məhsulların müəyyən edilməsi” mövzusunda seminar keçirilib
DGK 2

Dekabrın 29-da Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Kontrafakt məhsulların müəyyən edilməsi” mövzusunda onlayn seminar keçirilib. Əqli mülkiyyət sahəsində ixtisaslaşan “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkəti tərəfindən keçirilən seminarda Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının 20-dən çox əməkdaşı iştirak edib.

Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkətinin təmsilçilərinə təşəkkürünü bildirib. Komitə sədrinin müavini Vətən müharibəsində ölkəmizin qələbəsindən danışıb və vurğulayıb ki, Azərbaycan ordusunun bərqərar etdiyi tarixi ədalət, həm də regional inkişafın sürətlənməsinə münbit şərait yaradacaq.

Cavad Qasımov Dövlət Gömrük Komitəsinin əqli mülkiyyət hüquqlarının qorunmasına xüsusu önəm verdiyini bildirib, bu sahədə qanunvericilik bazasının işlənib hazırlanması, əməkdaşların potensialının gücləndirilməsi və atılan digər addımlar barədə məlumat verib, seminarın faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra “Schmitt & Orlov İntellectual Property” beynəlxalq şirkətinin nümayəndələri tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı beynəlxalq brendlərin nümunələri əsasında xüsusi təqdimatlar nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »