Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balasanyan: Biz təhlükəsizlik şurasına tabe olacaq silahlı qüvvələr yaradacağıq - Video
Vitali Balasanyan

Yeni il ərəfəsində Qarabağda hakimiyyət dəyişikliyi haqqında şaiyələr dəqiqlik qazanmağa başlayıb. Bir həftə əvvəl hazırki lider Araik Arutyunyan siyasətdən gedəcəyini bəyan edib, amma öz xələfinin adını açıqlamayıb. Amma bu gün onun kim olduğu məlum olub – bu, “Qarabağ Təhlükəsizlik Şurasının” rəhbəri Vitali Balasanyandır.

Balasanyan yerli TV-yə müsahibəsində bir sıra gurultulu bəyanatlar verib, onları proqram nitqi kimi qiymətləndirmək olar. Xüsusən, o, Qarabağ ordusunun təhlükəsizlik şurasının nəzarəti altına keçdiyini bildirib.

“Yaxın gələcəkdə biz təhlükəsizlik şurasına tabe olacaq sərhəd qoşunları, müntəzəm silahlı qüvvələr yaradacağıq”, deyə Balasanyan bildirib. Bundan başqa, müqavilə əsasında xidmət göstərən hərbi qulluqçular ehtiyatı, qeyri-nizami qoşun, habelə batalyonlarla gücləndirilmiş polis və milli təhlükəsizlik xidməti yaradılacaq”. Balasanyan dini sektalara, narkomaniyaya və əyyaşlığa qarşı müharibə elan edib.

“Bütün sekta hərəkatlarına və onların ofislərinə müraciət edirəm ki, mümkün qədər tez bütün bu ofisləri bağlasınlar.

Biz Ermənistanın apostol kilsəsinə sadiqik və Arsaxda başqa hərəkatlar olmamalıdır”, deyən Balasanyan əyyaşları, narkomanları və sektantları Qarabağdan qovmaqla hədələyib.

Daha sonra o, Qarabağ liderlərindən öz Facebook səhifələrini bağlamağı tələb edib. Bundan başqa, o, məmurlara xəbərdarlıq edib ki, iş vaxtı sosial şəbəkələrdən istifadə işdən çıxarılmaqla cəzalandırılacaq.

Beləliklə, Qarabağ separatçılarının yeni lideri siyasi və iqtisadi hakimiyyəti maksimum mərkəzləşdirməklə və vahid ideologiya ilə “hərbi kommunizm” sistemi yaratmaq niyyətindədir, bu, onun vəziyyəti nəzarət altında saxlamasına imkan verəcək. Məntiqcə, növbəti addım mülkiyyətin milliləşdirilməsi olmalıdır.

Balasanyanın özünə gəlincə (1959), o, Əsgərandan məşhur səhra komandiridir. Xocalı soyqırımında, Kəlbəcərin, Ağdamın işğalında əli var, 90-cı illərin əvvəllərində digər hərbi əməliyyatların iştirakçısı olub. Daşnaksutyun partiyasının üzvüdür. Qarabağ ordusunda yüksək vəzifələr tutub. 2012 və 2019-cu illərdə “Qarabağ prezidenti” vəzifəsinə namizədliyini irəli sürüb. Azərbaycan dilində təmiz danışan Balasanyan Qarabağ münaqişəsi başlamazdan əvvəl Ağdamın özünümüdafiə qüvvələrinin komandiri Allahverdi Bağırovla dost idi.

Robert Koçaryana və Serj Sarkisyana olan rəğbətini gizlətmir. Nikol Paşinyan hökumətinin siyasətini kəskin və açıq şəkildə tənqid edirdi.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »