Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Davamlı sülh olarsa, Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik”
Mövlud Çavuşoğlu

“Azərbaycan Prezidenti İlham Əliyev bütün çətinliklərə baxmayaraq, barış əlini Ermənistana uzatdı, xoş niyyətini nümayiş etdirdi. Hörmətli Prezidentimiz də, biz də dəfələrlə bildirdik ki, əgər davamlı sülh olarsa, Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan XİN başçısı bildirib ki, “Altılıq formatı” daxil olmaqla bir sıra addımlar atılmalıdır: “İnanıram ki, bu addımlar atıldıqdan sonra bölgədə davamlı sülhü əldə edəcəyik. Bununla da regionda iqtisadi inkişafa nail olmaq mümkündür”.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »