Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin Türkiyəyə səfər edəcək: Əhəmiyyətli sənədlər imzalanacaq
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyə vu Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin gələn il üçün nəzərdə tutulmuş görüşünü müzakirə edəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Mövlud Çavuşoğlu - Sergey Lavrov Sergey Lavrov, Mövlud Çavuşoğlu

"Prezidentlərimiz arasında sıx dialoq, qarşılıqlı etimad münasibətləri təkcə ikitərəfli əlaqələrin inkifaına deyil, həmçinin bütövlükdə region səviyyəsində münasibətlərin inkişafına xidmət edir. Bu gün biz prezidentlərin Türkiyədə baş tutması nəzərdə tutulan yüksək səviyyəli görüşünə hazırlıqları müzakirə edəcəyik",- deyə Çavuşoğlu iki ölkə Xarici İşlər Nazirliklərinin strateji planlaşdırma birgə qrupunun iclasında bildirib.

Səfərin detalları iki ölkənin xarici işlər nazirləri Mevlüt Çavuşoğlu və Sergey Lavrov arasında Soçidə müzakirə ediləcək. Hazırda Çavuğlu Soçidə səfərdədir.

Dmitriy Peskov Dmitriy Peskov

Dekabrın 27-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiyanın Türkiyə ilə "nəhəng ikitərəfli münasibətlər kompleksi" var, Rusiya və Türkiyənin prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri mübahisəli vəziyyətlərdə harmonik çıxış yolları tapmağa imkan verir.

O əlavə edib ki, Rusiya və Türkiyə regional təhlükəsizlik məsələlərinin həllinə öz töhfələrini verə bilərlər və verməlidirlər, onlar "elə etməlidirlər ki, qarşıdurma olmasın".

Dekabrın 25-də Ərdoğan Putinun onun ünvanına səsləndirdiyi "sözü bütövdür, vədlərini tutur, kişi adamdır " şəklində səsləndirdiyi təriflərə cavab olaraq bildirmişdi ki, həmin fikirlər Rusiya liderinin özünə də aiddir: "Onu tanıdığım gündən bu yana dəyişməyib, sözü bir, özü bir adamdır". O qeyd edib ki, Putinlə yaxın münasibətlərinin nəticələri özünü iki ölkə arasında inkişaf edən münasibətlərdə göstərir.

Putin də bildirmişdi ki, zaman-zaman Ərdoğanla aralarında fikir ayrılıqları olsa da, çıxış yolu tapa bilirlər.

Ankara, Türkiyə Ankara, Türkiyə

Analitiklərin fikrincə, Putinin Türkiyəyə səfəri zamanı əhəmiyyətli sənədlər imzalanacaq. Əks halda belə bir səfərə ehtiyac olmazdı. Çünki söhbət sadəcə, müzakirələrdən getsəydi, bunu telefon danışıqları vasitəsilə də həll edə bilərdilər.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »