Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Azərbaycan ordusunun təcrübəsini təhlil etmək üçün Berlində fövqəladə məxfi toplantı keçirdi
NATO

Azərbaycan ordusunun Ermənistanın işğalı altında olan torpaqları azad etmək üçün Qarabağda apardığı 44 günlük müharibənin təcrübəsini təhlil etmə üçün NATO Berlində fövqəladə və məxfi toplantı keçirib.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, toplantıya Pentaqonun yüksək vəzifəli şəxsləri qorunan internet kanalları üzərindən online qatılıb.

Bildirilir ki, toplantıda NATO ölkələrinin hərbi mütəxəssisləri və planlaşdırıcıları Azərbaycan ordusunun zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri diqqətlə araşdırıblar. Gizli toplantı ilə bağlı Almaniya Müdafiə Nazirliyindəki mənbə belə deyib: “Biz silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi davam etsək uduzacağıq”.

Toplantıda Azərbaycanın Ermənistan üzərində qazandığı qələbədə xüsusən döyüş pilotsuz aparatlarının rolu araşdırılıb. Görüntülər tək-tək təhlil edilərək Azərbaycan ordusunun düşmənin yüzlərlə tankını, zirehli texnikasını, hərəkətdə olan və stasionar hərbi hədəflərini, canlı qüvvəsini necə məhv etdiyinə dair videolar izlənilib.

Məlumatda deyilir ki, bu toplantının ardınca NATO ölkələrindən ilk dəfə Almaniya PUA-ların raketlərlə silahlandırılması konsepsiyasını həyata keçirməyə başlayıb. Lakin parlamentdəki solçular hələlik bu plana müqavimət göstərir.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »