Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ruslar Qarabağda terrorçuları dəstəkləmədi və onlar məhv edildi"
Erməni əsirlər

Dağlıq Qarabağdakı terrorçu xuntanın "Təhlükəsizlik Şurası"nın yeni heyətdə ilk toplantısı keçirilib. Toplantıda "Şura"nın katibi, Xocalı canisi Vitali Balasanyan çıxış edib.

O, çıxışı zamanı bildib ki, Rusiyalı sülhməramlılarla bərabərhüquqlu təmaslardayıq və əməkdaşlıq edirik.

“Ermənistan və Rusiya rəhbərliyi ilə birlikdə itirilmiş rayonları geri qaytaracağıq. Qarabağlı ermənilərin ordusu Təhlükəsizlik Şurasına tabe olacaq”,-deyə bildirib.

Bizimyol.info-ya açıqlaması zamanı Bizimyol.info-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, bu sadəcə Balasanyanın sərsəmləməsidir və Rusiya tərəfinin belə bir məsələ ilə bağlı açıq mövqeyi yoxdur.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Rusiyanın rolunu iki formada qiymətləndirmək lazımdır.

Azərbaycan Ermənistan münasibətləri hazırda Ermənistanın daxilindəki vəziyyətdən asılıdır. Birincisi orada mərkəzi hakimiyyət qalarsa, hansı qərarı verəcək. İkincisi isə Rusiya ilə Azərbaycanın münasibətləri də, Ermənistandakı Rusiya ilə Qarabağdakı Rusiya arasındakı fərqli yanaşmalara görə də başqa formalar alır.

Dağlıq Qarabağdakı terrorçu xunta əslində orada qalıb. Halbuki 10 noyabr sazişində belə bir müddəa var idi ki, rus ordusu oraya yerləşəndə erməni terrorçuları oranı tərk etməli idi. Vitali Balasanyanın tezislərindən isə görünən odur ki, bərabər hüquqlu təmaslardayıq və əməkdaşlıq edirik deyir. Bu hüquqi olaraq normal deyil. Birbaşa 10 noyabr sazişinin şərtlərinə ziddir.

Balasanyan açıqladı ki, Rusiya rəhbərliyi ilə birgə Hadrutu və digər əraziləri qaytaracağıq. Bu Balasanyanın sərsəmləməsidir. Rusiya tərəfinin belə bir məsələ ilə bağlı açıq mövqeyi yoxdur və heç ola da bilməz. Çünki, ən azından “qarantiya” Rusiyanın əlindədir.

10 noyabr sazişinə sadiqlik məsələsi gündəmə gələndə ən yüksək səviyyədə ölkə rəhbərləri onun altına imzasını atıb. Amma bəzi detallar var ki, onlar texniki detallardır. Texniki detalların taleyi Türkiyənin mövqeyindən, bəyanatlarından, Azərbaycan daxilində baş verən anti-Rusiya əhval-ruhiyyəsindən, Ermənistan hakimiyyətinin körpü üzərindəki hərəkətindən asılıdır.

Tam şəkildə həlledici məqamda ruslar həmin o terrorçuları müdafiə etməyəcək. Çünki bu günə qədərki epizodlar da göstərdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində ruslar heç də erməniləri dəstəkləmədi və terrorçular bizim tərəfimizdən məhv edildi”.

Politoloqun sözlərinə görə, bu “period”a keçid dönəmi kimi baxmaq lazımdır.

“Bu keçid dönəmi müddətində Rusiyanın bütün arqumentlərini əlində almaq lazımdır. Amma bunu da anti-Rusiya çarpışması ilə etmək lazım deyil. Çünki indiki şəraitdə Azərbaycanın oradakı imkanları çox geniş və böyükdür. Qarşımızdakı 5 il müddətində bütün siyasi hadisələrin öz xeyrimizə cərəyan etdirilməsinə səbəb ola bilərik. Bu arqumenti də onunla gücləndirmək lazımdır ki, Peskovun axırıncı açıqlamasında “ Rusiya öz sərhədləri yanında münaqişə ocaqlarının yaranmasında maraqlı deyil”,-deyə bildirib.

Niyə maraqlı deyil? Çünki artıq Baydenin hakimiyyətə gəlməsinə çox az qalıb və əmin olun ki, yanvar ayından etibarən sanksiyalar daha dəhşətli bir məcraya yönələcək. Bu isə tamamən Rusiyanın iflası ilə başa çata bilər”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »