Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda yeni savaş qığılcımları – Antiterror əməliyyatının zamanı gəlib
Qarabağda yeni savaş qığılcımları – Antiterror əməliyyatının zamanı gəlib

Rusiya Laçın dəhlizi vasitəsilə növbəti Ermənistan Silahlı qüvvələrini Şuşanın ətraf kəndlərində, Xocavənd və Ağdərədə yerləşdirir. Erməni hərbiçilər məhz Rusiya "Sülhməramlı" qüvvələrinin MÜŞAİYƏTİ ilə Laçın dəhlizindən keçərək Azərbaycan ərazisinə daxil olur.

Dağlıq Qarabağda qondarma rejimin nümayəndəsi Vitaliy Balasanyan yeni təhlükəsizlik bölmələri və silahlı qüvvələr hazırlayacaqlarını vurğulamaqla nə ermənilərin, nə də Ermənistanın məğlubiyyətlə barışmayacağının, yeni müharibəin siqnalını vermiş oldu. İndi Qarabağda planları olan təkcə Azərbaycan, Ermənistan və Rusiya deyil. ABŞ, Fransa, İran, Türkiyə üzdə görünüən oyunçulardırsa , onların dost və düşmənləri də bu savaşdan özlərinə hansısa məqamlar üçün pay çıxarmağa hazır dayanmış ovçulardır.

Rusiya Ermənistandan yeni hərbi qüvvələrini gətirib Dağlıq Qarabağ ərazisində yerləşdirməklə, Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına imkan verməmək, Qarabağ münaqişəsini bir neçə ildən sonra yenidən qızışdırmaq, Qarabağın statusunu açıq saxlamaq, Azərbaycana təzyiq etmək, azərbaycanlıların nəzərdə tutulan Xankəndi və digər ırazilərə köçürülməsinin qarşısını almaq kimi hədəflər seçib.

Paşinyanın məqsədi ölkəsini nəyin bahasına olursa olsun Rusiyanın təsiri altından çıxarıb Qərbə yönəlmək idi. Qarabağı itirmək bahasına. Ona qarşı gələn ölkə müxalifəti məğlubiyyət faktorundan istifadə kartına oynayır.Ölkədə seçki olarsa əhalinin yenidən Paşinyana üstünlük verməsi gözlətisi var. Ən təhlükəsizi onu çevriliş yolu ilə uzaqlaşdırmaqdır. Köçəryan-Manukyan və digərlərinə Qarabağda revanş lazımdır, əks təqdirdə xalq onları linç edəcək. Hadrut təxribatının kökündə bəlkə elə bu durur. Biz hər bir ssenariyə hazır olmalıyıq. Təxribatların olacağı gözlənilən idi və nə qədər ki, Xankəndinə girə bilmirik, Qarabdakı kilsələrə bizim juralistlər buraxılmadığı halda ermənilər toy edib bizə “ yana –yana qalın a” deyirlər, bu barıt çəlləyindən bir azca uzaqda ocaq yanması kimi bir şeydir. Əvvəl axır partlayış olacaq. Əslində olur. Amma canı yanan, şəhid verən və səbr edən bizik.

Demək olar bütün siyasi ekspertlərin fikrinə görə, antiterror əməliyyatlarının aparılmasına hüquqi zəmin yaranıb. Xüsusən Xankəndi şəhəri. Terrorun başı oradadır. Dünənə qədər bizim terrorçu rejim dediyimiz xunta indi Xankəndində özünü legitim qüvvə kimi hiss edir. Arutunyan özünü Xankəndinin xanı kimi hiss edir. Səbəbi də arxalandığı məramlılar. Mənim hələ ki, onlara "sülhməramlı" deməyə dilim gəlmir.

Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirə bilmirlərsə, o zaman Laçın dəhlizi də qapadılmalı, sülhməramlılar isə yalnız Ermənistan-Azərbaycan sərhədində müşahidə aparmalıdırlar. İndidən bu prosesin qarşısı alınmasa, yeni müharibə mümkündür. Azərbaycan hərbçilərinə hücumlar və itki verməyimiz antiterror əməliyyatlarına başlamağımıza hüquqi haqq verir.

Regionda ciddi geosiyasi dəyişiklər gedir. Rusiya və Türkiyə əlaqələri bir müddətdən sonra pozulacaq. Bu da Rusiyanın Dağlıq Qarabağda erməni terrorunu tətiklənməsinə rəvac verəcək. Bu, Suriya, Liviya və hətta Ukrayna kimi mərkəzlərdə də özünü göstərir. Son dövrlərdə Azərbaycanın döyüş meydanında qazandığı uğurlar və Ankaranın Bakıya dəstəyi bunun ən son nümunəsidir. Türkiyə və Rusiyanın təbii vəziyyəti çox vaxt rəqabət və ziddiyyətlərdən ibarətdir. Üstlik, Bayden başı açılan kimi ilk iş olaraq Qarabağ probleminə nəzər yetirəcək. Qafqazdakı rolunu itirməmək üçün Fransa da canfəşanlıq edəcək. Necə ki, edir. Kiminsə öz maraqları naminə bu torpaqlarda nələri qurban verib, nəyi satıb, nəyi alacağı yaranacaq şəraitdən, şərtlərdən asılı olacaq. Biz bunu artıq görüb keçmişik. Hələ ki, ovcumuzda olanın uçub getməməsi üçün zaman bizim lehimizə işləyir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »