Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsveçrənin Cenevrə şəhərindəki qərargahında video konfrans üsulu ilə 2020-ci ilin son mətbuat konfransını keçirib.
Bizimyol.info xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreisus dünyanın gələcəkdə yeni tip koronavirus (Covid-19) epidemiyasından daha böyük bir epidemiya ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.
“Covid-19” epidemiyası şiddətli oldu və dünya miqyasında sürətlə yayıldı. Bu epidemiya, şübhəsiz ki, ən böyük epidemiya deyil”.
Tedros Adhanom Qebreisu “Covid-19”-a yoluxanların sayını nəzərə alaraq epidemiyada ölüm nisbətlərinin digər meydana gələn xəstəliklərlə müqayisədə aşağı olduğunu vurğulayıb. "Bu xəbərdarlıq siqnalıdır. Gələcəkdə daha da şiddətli ola biləcək bir şeyə (epidemiya) hazırlaşmalıyıq",-deyə bildirib.
Leyla Mirzə