“Milli Məclisə təqdim edilmiş dövlət büdcəsi parlamentin plenar iclaslarında müzakirə edilib”.
Bu günkü Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov çıxış edib.
Bizimyol.info- nun verdiyi məlumata görə Samir Şərifov çıxışında bildirib ki, tarixi qələbəmizdən sonra milli Məclisə təqdim edilmiş dövlət büdcəsi parlamentin bütün kimitələrində və plenar içlaslarda müzakirəyə çıxarılıb. Cari məsələlərlə bağlı millət vəkilləri tərəfindən təkliflər səsləndirilib.
Bizim işğaldan azad olunmuş zonalarda infrastrukların qurulması, bərpa işlərinə və məşğulluğun təmin olunması istiqamətində vəsaitin ayrilması və artırılması ,xaricdə yaşayan iş adamlarının cəlb olunması sahəsində işlərin görülməsidir. Həmçinin, bu sahələrdə müdafiə gücünün artırılması istiqamətində xərclərin, üçüncü istiqamət isə sosialyönümlü xərclərin artırılmasıdır.
Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdəki infrastrukturlara və orada yaşayan əhaliyə dəymiş ziyanın hesablanması üçün beynəlxalq ekspertlərin də cəlb edilməsi sahəsində işlər aparılır.Prezidentin tapşırığı ilə həmçinin beynəlxalq maliyyə institutları ilə də məsləhətləşmələr aparılır”.
Gülnarə ƏMİRQIZI