Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda terrorçuların məhv edilməsinə mane olan təhlükəli səbəb - Polkovnikdən açıqlama
Erməni əsirlər

“İşğaldan azad edilmiş ərazilərdə terror hadisələrinin olması gözlənilirdi. Biz müharibəni apardıq, müharibəni qələbə çaldıq və bizim qələbəmizin nəticəsində işğalçı qüvvələr Azərbaycan ərazisindən qovuldu, qovulmayanlar darmadağın edildi. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub. Azərbaycanın dövlət sərhədləri tam şəkildə bərpa olunub”.

Bunu Bizimyol.info-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

Şair Ramaldanov Şair Ramaldanov

Ekspert qeyd edib ki, Ermənistanla artıq təmas xətti yoxdur, məhz dövlət sərhəddi var: “Ancaq biz ərazilərimizi işğalçılardan azad etsək də, ərazi bütövlüyümüzü təmin etsək də, bu o demək deyil ki terrorçu qrupları və yaxud hansısa quldur qrupları, hansısa nəzarətdə olmayan silahlı insanlar öz çirkin əməllərini yerinə yetirməyəcəklər və qeyri-sabitliyi saxlamaqda maraqlı olmayacaqlar. Bilirik ki, Dağlıq Qarabağın ətrafında çoxlu maraqlı qüvvələr var, bunların əksəriyyəti əlbəttə erməni diasporalarıdır. Onlar muzdluları, beynəlxalq terror qruplarının nümayəndələrini, PKK-çıları Azərbaycan ərazisinə gətirirlər.

Biz ərazi bütövlüyünü bərpa edəndən sonra əlbəttə bütün terrorçuların Azərbaycan ərazisindən getməyəcəyini ehtimal edirdik.

Bilirik ki, ermənilər partizan hərəkatı deyilən qruplara təlimlər keçirdilər, orada sığınacaqlar hazırlayırdılar və s. Yəni məni demək istəyirəm ki, Azərbaycanın güc strukturları prinsip cəhətdən müharibədən sonra belə şəraitinin olmasını və belə quldurların fəaliyyətini gözləyirdi. Ümumiyyətlə müharibə tarixinə baxsaq, post müharibə dövrü məhz belə hallara çox vaxt rast gəlmək olar”.

Ş.Ramaldanov bildirib ki, Azərbaycanın əraziləri işğalçılardan azad olunub, ancaq minalardan azad olunmayıb, təhlükə hələ var: “Meşələrdə, zirzəmilərdə gizlənən terrorçular hələ var. Yəni təhlükəsizlik məsələlərinin həlli üçün vaxt lazımdır.

Buna da mane olan təbii ki, birincisi həmin o maraqlı qüvvələrdir. Bu hadisələr stabilliyi pozmaq, bu vəziyyəti gərginləşdirmək və bununla da Azərbaycanı hansısa addımı atmaqla Rusiya sülhməramlıları ilə Azərbaycanın güc strukturları arasında narazılığın olması məqsədini daşıyır.

Azərbaycan güc strukturları anti-terror əməliyyatlarına hazırdılar. Bütün proseslər nəzarət altındadır. Bu addımlar davamlı olacaq. Terrorçuları məhv edirik və ya təslim olurlar. Sadəcə, işğaldan azad edilmiş ərazilər minalarla dolu olması terrorçulara qarşı tədbirlərə mane olur. Hər yerdə sərbəst gəzmək olmur.

Mina sahələri hazırda bizə imkan vermir ki istədiyimiz istiqamətdə hərəkət edək. Ancaq bunlar müvəqqətidir. Güc strukturları lazımi tədbirləri görəcək. Rusiya sülhməramlıları hazırda yerləşməklə və infrastruktur qurmaqla məşğuldur. Hər şey öz yerini tapacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »