Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı
Topçu Vüsal Şahkərimov

Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.

Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın “Facebook” sosial şəbəkəsində topçunu təhqir edəcək rəy yazmışdı.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhlə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib:

“O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib.

M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib”.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »