Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu, Qarabağda atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır”
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

Qarabağda silahı buraxmayaraq geri çəkilməkdən imtina edən erməni ünsürlərin Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat əsasında təsis edilən atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Azərbaycanın Xocavənd rayonunda baş verən erməni təxribatları ilə bağlı açıqlamasında deyib.

Açıqlama deyilir: “Daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son dəfə isə dekabrın 27-də baş verən erməni silahlı ünsürlərin hücumları nəticəsində hərbi və mülki itkilər, eləcə də yaralılar olmuşdur. Üçtərəfli bəyannaməni imzalayan tərəflərdən biri kimi bütün erməni ünsürlərin çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin məsuliyyətini Ermənistan daşıyır.

Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin davam edən təxribatlarına qarşı qanuni müdafiə haqqından istifadə edərək lazımı cavabı verib.

Bölgədə davamlı sülhün bərqərar olması üçün Ermənistanın cəbhədəki gerçəkliyi qəbul etməsi və üçtərəfli bəyənnamənin öhdəliklərini yerinə yetirməsi tələb olunur.

Baş verənlərlə əlaqədar olaraq hücumlar nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyir, bütün Azərbaycan xalqına başsağlığı veririk”.

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »