Şəmkir rayonunda iki yanğın hadisəsi qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon ərazisində “Scania” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Rayonda qeydə alınan daha bir yanğın hadisəsi zamanı ümumi sahəsi 150 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.