Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın trolları sosial şəbəkələrdə nələr yazırlar...
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan məğlubiyyətdən sonra böyük reytinq itirib.

Cəmiyyətdə ona etimad xeyli azaldı. Paşinyan hər dəfə yerli mətbuata müsahibə verəndə bir az da çox tənqid atəşinə tutulur. Bu dəfə də istisna olmayıb.

Bizimyol.info xəbər verir ki, Paşinyanın Ermənistanın İctimai Televiziyasına müsahibəsi onun zərərinə işləyib. Baş nazir Azərbaycanla sərhəddə 20 ərazi vahidinin müzakirə mövzusu olduğunu deyib və cəmiyyətdə belə fikir yaranıb ki, ölkələri o sayda ərazi vahidini itirməli olacaq.

Etirazçılar İran-Ermənistan yolunu bağlayıblar Qafanda etirazçılar İran-Ermənistan yolunu bağlayıblar

Sosial şəbəkələrdə onun əleyhinə kütləvi tənqidlər yazırlar. Paşinyanın indi daha çox öz trollarına güvənir.

Baş nazirin son müsahibəsi sosial şəbəkə səhifəsində yerləşdirilib. Müsahibəyə 17 mindən çox rəy yazılıb. Əksəri tənqidlərdir. Rəylərin arasında xeyli azərbaycanlının da fikrinə rast gəlmək mümkündür. Xüsusi fərqlənən isə yenə Paşinyanın trollarıdır. Bəs onlar nə yazır?..

Rəydəki bəyənmə sayına görə Ruzanna Marqaryanın yazdıqları ayrıca diqqət çəkir. Əksəriyyət onun ifadələrini gülüşlə qarşılayıb: “Əziz güclü, vətənpərvər, xalqın dərdi, ağrıları ilə yaşayan baş nazir, xalqın 97 faizi sizinlədir. Lap 10 dəfə seçki keçirilsə, xalq yenə sizi seçəcək”.

Meri Karapetyan imzasından istifadə edən sosial şəbəkə istifadəçisi də Paşinyana dəstək nümayiş etdirib: “Siz bizim baş nazirimizsiniz. Biz yalnız sizə inanırıq”.

Ümumiyyətlə, hər trol bir rəylə kifayətlənmir. Məsələn, Meri Karapetyanın bir neçə rəyinə rast gəlmək olur. Bu sosial şəbəkə istifadəçisi ard-arda oxşar fikirlər yazıb.

Svetlana Bağdasaryan da çox canfəşanlıq göstərib. O, bir neçə yerdə Paşinyanı ədalətli baş nazir adlandırıb.

Nora Şahbazi baş nazirə müraciətlə Ermənistanı zərərvericilərdən xilas etməyin zamanının yetişdiyini bildirib: “Ölkəmizi dağıtmağa imkan verməyin”.

İrəvanda Respublika meydanında mitinq

Qayane Qabrielyan da trol missiyasını uğurla yerinə yetirməyə çalışıb. O, baş nazirə güvəndiklərini yazıb: “Köhnə quldurlara fikir verməyin”.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »