Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruben Məlikyan: “Şuşanı verənlər Azərbaycan vətəndaşlığı haqda düşünsün”
Şuşa şəhərinin havadan görüntüsü - Video

Şuşanın itirilməsi həm Ermənistan hakimiyyəti, həm də cəmiyyəti üçün böyük zərbə oldu.

Məhz mədəniyyət şəhərinin azad olunması böyük qələbəni rəsmiləşdirmişdi.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanı Şuşanın itirilməsinə görə xüsusilə ittiham edirlər.

Nikol Paşinyan Nikol Paşinyan

Məhz bu itkidən sonra hökumət rəhbəri üçtərəfli razılaşmanı məmnuniyyətlə qəbul etməli olmuşdu.

Ermənistanın tanınmış hüquq müdafiəçisi Ruben Məlikyan da Şuşa haqda danışıb. O, itaətsizlik aksiyalarında etirazçıların özünü aqressiv aparmasına haqq qazandırıb. Məlikyan əhalinin qəzəbini anlamaq lazım gəldiyini söyləyib: “Şuşanı verən heç kəs Ermənistanda rahatlıq tapmayacaq. Onlar ən yaxşısı, Azərbaycan vətəndaşlığı haqda düşünsün”.

İrəvanda Respublika meydanında mitinq

Ruben Məlikyan əvvəllər Qarabağdakı qondarma rejimin ombudsmanı olub. Onu bir neçə dəfə hökumət əleyhinə

çıxışlarına görə saxlayıblar. Amma Məlikyan hər dəfə az müddətdən sonra buraxılıb.

Şuşa 2020-ci il noyabrın 8-də azad olunub. Şəhər 1992-ci il mayın 8-də Ermənistan qüvvələri tərəfindən ələ keçirilmişdi. İndi Şuşa tamamilə Azərbaycanın nəzarətindədir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir...
Son xəbərlər
Bütün xəbərlər »