Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan parlamentində iclaslar "salam-əleyküm"lə başlayacaq" - Petrosyan
Ermənistan parlamenti

Ermənistanın baş naziri Nikol Paşinyanın tez-tez Azərbaycana "satıldığı" iddia olunur. Hazırda müxalifətin ən çox səsləndirdiyi ittihamlar bu mövzudadır.

Bizimyol.info xəbər verir ki, bu dəfə deputat, "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Gevork Petrosyan bu gün keçirdiyi brifinqdə Paşinyana qarşı bu mövzuda ittihamlarını dilə gətirib.

Gevork Petrosyan Gevork Petrosyan

O qeyd edib ki, Naira Zohrabyanı mandatından məhrum etməklə Ermənistan hökuməti Konstitusiyanı pozur: "Konstitusiyada deyilir ki, hamı qanun qarşısında bərabərdir. Əgər deyilən sözlər zibildirsə, belə dərin bit təhqir kimi qəbul edilirsə, o zaman niyə müvafiq proseslər baş nazirə şamil olunmur? O ki hamıdan daha sərt ifadələr işlədir".

Naira Zohrabyan Naira Zohrabyan

Petrosyan həmçinin deputatın hansı halda mandatdan məhrum edilə biləcəyinə aydınlıq gətirib: "Həmçinin deputatın parlament komissiyasının sədrliyindən məhrum edilməsi o halda mümkündür ki, onun deputatlıq müddəti başa çatmış olsun. Ya da deputat özü sədrlikdən imtina edə bilər. Naira Zohrabyanla bağlı situasiyada bunların heç biri baş verməyib. Bu hadisə Konstitusiya quruluşunun bir daha devrilməsidir",- deyə deputat bildirib.

Arman Abovyan Arman Abovyan

Başqa bir deputat Arman Abovyan da bildirib ki, qanuna əsasən, heç kim deputatı söylədiyi fikirlərə görə komissiya sədrliyindən və mandatdan məhrum edə bilməz. Abovyan baş verənləri hökumət tərəfindən siyasi təzyiq adlandırıb: "Biz artıq alışmışıq - Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" fraksiyası müxalifəti bütün vasitələrlə cəzalandırmağa çalışır. Sizi əmin edirəm ki, Naira Zohrabyan parlamentin insan haqları üzrə komissiyasının sədri vəzifəsində çox yorulmuşdu. Onun heç bir imtiyazı yox idi. O, Ermənistanda insan haqlarl ilə məşğul olurdu. Avropa Parlamentində fəal iş aparırdı. İslah müəssisələrinə gedirdi. Sizcə, "Mənim addımım" fraksiyasının deputatları islah müəssisələrinə gedə bilərlərmi?"

O iddia edib ki, Ombudsman parlamentə gələndə hakim fraksiyann deputatları ona qarşı hörmətsizlik edirmiş və özündən çıxarırmış. Abovyanın fikrincə, Naira Zohrabyanı müvafiq komissiyanın sədri vəzifəsində heç kim əvəz edə bilməz.

Nikol Paşinyan Nikol Paşinyan

Brifinqin sonunda isə Gevork Petrosyan ölkənin bütünlüklə Azərbaycanın nəzarətinə keçmə perspektivinə işarə edib: "Əgər Ermənistanda baş nazir postunda Nikol Paşinyan qalacaqsa, yaxın vaxtlarda bizim parlamentin spikeri iclaslara "salam-əleyküm" deyərək başlayacaq".

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »