Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Sabah Soçidə Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik”
Mövlud Çavuşoğlu - Sergey Lavrov

“Sabah Soçidə rusiyalı həmkarım Sergey Lavrovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan nazir bildirib ki, Birgə Mərkəzin vəzifəsi və fəaliyyəti də müzakirə olunacaq.

Türkiyə XİN başçısının sözlərinə görə, Cənubi Qafqazda atəşkəs, sabitlik və davamlı sülh BMT, ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

M. Çavuşoğlu qeyd edib ki, regional məsələlərdə, o cümlədən Suriya və Liviyada fərqli mövqelərdə olsalar da Rusiya ilə əməkdaşlıqları davam edir.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »