Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“COVİD-19”-a yoluxmuş həkimlər ölümə məhkum edilir
Karantin koronavirus maska dezinfeksiya

“COVİD-19” xəstələri ilə işləyən həkimlərimizin həyatı birbaşa təhlükə altındadır. Bu xəstəliklə mübarizə aparan tibb işçilərindən də yoxulanların sayı az deyil. Dövlət tərəfindən xəstəliyə yoluxmuş tibb işçiləri üçün xüsusi müalicə aparlacaq hər hansı xəstəxana və ya tibbi yardım nəzərdə tutulmayıb. Bir sözlə tibb işçilərinin həyatı Allahın öhtəsinə buraxılıb.

Koronavirusla mübarizə aparmış həkimlərdən biri, Təranə Həsənova sosial media hesabında paylaşımlar edərək, artıq 10 gündür xəstə yatdığını və hər hansı yardımın edilmədiyini bildirib.

“İşlədiyim xəstəxanada (KTM) 15 gün covid xəstələri ilə işlədikdən sonra yaxma verdim və cavab neqativ çıxdı. Cavab neqativ gələn kimi hərarətim qalxdı. O gündən bəri mütəmadi olaraq hər gün istiliyim 39-40 dərəcə arası qalxır. KT ağ ciyərdə "buzlu şüşə" göstərdi və beləliklə mən covid olduğumu təsdiq edə bildim. Ailəmin maddi imkanı hesabına 10 gündür ki, ağır vəziyyətdə, evdə müalicə alıram. Bilirsiniz bu işin absurd hissəsi nədir? Bu günə qədər işlədiyim xəstəxananın nə şöbə müdiri, nə baş həkimi , nə də direktoru bir dəfə də olsa mənimlə maraqlanmayıblar. Hətta 1 dəfə belə. Nə üçün həkimə qarşı belə laqeyidlik var? Nə üçün mən ailəmin maddi imkanı hesabına müalicə almalıyam? Deməli ailəsinin maddi imkanı olmayan həkimlər ölümə məhkumdular. Covid xəstələri ilə işləyib özü ağır xəstələnən həkimə öz xəstəxanası belə sahib çıxmır. Öz həkimini saymayanlar başqa xəstələrə qarşı hansı münasibəti göstərərir görəsən?”-deyə bildirib.

Adil Qeybulla Adil Qeybulla

Tibb eksperti, professor Adil Qeybulla Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, həkimlərin də taleyi adi xəstələr kimidir.

“Həkimlər üçün heç bir imtiyaz, güzəşt vəs. yoxdur. Onlar da adi xəstələr üçün nəzərdə tutulmuş xəstəxanalarda müalicə ala bilərlər. Həkimlərin də taleyi adi xəstələr kimidir”,-deyə bildirib.

Bir müddət öncə də Azərbaycan Həkimləri adından Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edilmişdi. Müraciətdə isə bildirilirdi ki, xəstəxanalarda yer olmadığından həkimlərin əksəriyyətinin müalicəsi evdə gecikir, gecikmə isə fəsadlara və ölümə yol açır.

“Həkimlərin əksəriyyəti iş prosesində yoluxur, birbaşa Covidlə məşğul olmayanalar isə xəstə və virus yükü ilə yüklənərək ağırlaşır. Xəstəxanalarda yer olmadığından həkimlərin əksəriyyətinin müalicəsi evdə gecikir, gecikmə isə fəsadlara və ölümə yol açır. Azərbaycanda həkim çox deyil. Bir həkimin yetişməsi üçün illərə ehtiyac var. Covid isə min bir əziyyətlə yetişib xalqın xidmətində dayanan bu müqəddəs peşə sahiblərini bir-bir, acımasızca əlimizdən alır. Bütün bunları nəzərə alıb həkimlər üçün xəstəxana ayırmağınızı, ya da Modul tipli xəstəxanalardan birini bizlərin sərəncamına vermənizi və sadəcə həkimlərə qulluq etməsini TƏBİB və ya Səhiyyə Nazirliyinə tapşırmağınızı xahiş edirik”,-deyə müraciətdə bildirilib.

Yaxın zamanda məsələ ilə bağlı tədbir görüləcəyinə, müqəddəs peşə sahiblərinin müalicəsi üçün xəstəxanaların ayrılacağına ümid edirik.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »