“Erməni terrorçularının Xocavənd rayonunun Ağdam kəndi istiqamətində hərbçilərimizə hücumu nəticəsində bir əsgərimizin şəhid olması, digərinin yaralanması haqlı olaraq ictimaiyyətdə ciddi narazılığına səbəb olub”.
Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat təəssüflə qeyd edib ki, üçtərəfli bəyannamənin nəticəsi olaraq erməni silahlı qüvvələrinin işğal altında olan Ağdam, Kəlbəcər, Laçın rayonlarından çıxarıldıqdan sonra bu birinci hadisə deyil: “Hələ də meşələrdə, yeraltı gizli sığınacaqlarda gizlənmiş, Ermənistanın müxtəlif millətçi dairələrinə bağlı terrorçular düşmənçiliklərini davam etdirirlər.
Hesab edirəm ki, Rusiya sülhməramlıları üzərlərinə düşən vəzifələrin icrasını tam təmin etməli, erməni terrorçularının cəzasız qalmayacaqları barədə ciddi xəbərdarlıq etməlidirlər. Əgər insan dilini başa düşməsələr, Azərbaycan əsgəri onları öz dilində başa salmaq iqtidarındadır.
Terrorçuların silahı yerə qoymaması Rusiya sülhməramlılarının məsuliyyətidir. Regionda dayanıqlı sülhün bərqərar olması üçün əli silahlı terrorçu dərhal məhv edilməlidir. Laçın dəhlizinin bağlanmasına ehtiyac yoxdur. İndiki halda humanistlik nöqteyi nəzərdən bu doğru olmaz. Ancaq Laçın dəhlizinə nəzarətin artırılması vacibdir”.
Ramid İbrahimov