Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fuad Muradovun təltiflərindən imtina edildi – Diasporada qalmaqal
Fuad Muradov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə 92 nəfəri təltif etməsi skandala səbəb olub.

Bizimyol.info xəbər verir ki, bəzi diaspora rəhbərləri “Təşəkkürnamə” ilə təltifdən imtina ediblər. Onlar sosial mediada açıqlama ilə çıxış edərək təltifləri qəbul etmədiklərini bildiriblər.

Fransada yaşayan, Parisdəki Ulduz Mədəniyyət Assosiasiyasının prezidenti Aytən Muradova Diaspor Komitəsinin verdiyi təşəkkürnamədən imtina edib: “Vətən müharibəsi başlayandan gecə-gündüz işləyən adamların adlarının çəkilməməsi, təsadüfi adamlara isə medal və ya təşəkkürnamələrin verilməsi heç ürəkaçan deyil.

Ermənilərin çox olduğu bu ölkədə bizim gördüyümüz işlərə belə laqeydlik qəbuledilməzdir! Mərdi qovub namərd etmək üsuludur.

Fransa Koordinasiya Şurasının işçi qrupunda əslən Şuşadan, Xocalıdan olan aktiv gənclərimiz var. Heç birinin adı belə çəkilmədi.

Amma Qarabağ adından qorxan və Qarabağ adının çəkilməsindən ehtiyat edən adama təşəkkürnamə verilib.

Müharibə kimin bizə dost, kimin isə düşmən olduğunu göstərdi. Deyəsən bircə Diaspor Komitəsinə bu hələ də aydın olmayıb”.

A.Muradova əlavə edib ki, onsuz da bu işləri öz istəyimizlə, öz ürəyimizin çağırışı ilə görmüşük: “Öz ölkəmiz üçün mükafat və ya təşəkkür gözləməyərək bacardığımız, əlimizdən gələn nə mümkündürsə etməyə çalışmışıq və kimin qiymət verib-verməməsindən asılı olmayaraq yenə də davam edəcəyik.

Bu işi hansısa təşəkkür və ya mükafat üçün görməmişik və bundan sonra da görməcəyik. Bizim üçun ən böyük mükafat Azərbaycan xalqının, ordusunun, ölkəmizin rəhbəri Prezidentimizin düşmən üzərindəki Zəfəridir!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Onları yetişdirən valideynlərin əllərindən öpürük! Vətən sağ olsun! Qarabağ Azərbaycandır!”

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi təşəkkürnamədən imtina edib: “Düz 31 ildir ki, mən Almaniyada yasayiram. 28 ildir bu ölkənin köhnə paytaxtı Bonn şəhərində yaşayıram. O şəhər ki, istər siyasi, istərsə də mədəniyyəy sahəsində dünyani özün birləşdirir. Bu şəhərdə 180 dövlətin millətləri yaşayır.

Dövlətimizi, xalqımızı, vətənimizi laiqincə və təmənnasız təmsil etmişən, edirəm və edəcəm.

Hətta bir neçə tədbirlərimizdə “Beşinci konon”la mübarizə aparmaq məcburiyyətində qalmışam. Necə ki, mən şərəf və qürurla xalqımı, dövlətimi təmsil etmişəm, eləcə də mən mənə verilən təşəkkürnamədən şərəf və qürurla imtina edirəm”.

Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard bildirib ki, o Diaspora Komitəsi tərəfindən ona verilən təşəkkürnamədən imtina edib: “44 günlük müharibə zamanı mənim heç bir əməyim olmayıb. Ola bilsin ki, sosial mediada xaricdə olan siyasətçilərin və digərlərinin paylaşımlara bir neçə rəy bildirmişəm. Ola bilsin ki, müəyyən fondlara maliyyə yardımı etmişəm. Amma bunu qəhrəmanlıq saymıram.

Mən bu təşəkkürnaməni qəbul etsəm, şəhidlərimizin ruhuna qarşı haqsızlıq etmiş oluram. O şəhidimin, yaralı əsgərimin hər biri mənim qardaşım, atam, oğlumdur !

Bu günə qədər Azərbaycan üçün etdiyim təbliğat işini isə könüllü olaraq istər maliyyə və istərsə də mənəvi tərəfdən özüm və həyat yoldaşım, Azərbaycanda ailəm, xarici dostlarım sayəsində edirəm. Bunu məndən heç kim xahiş etməyib və bunları etməkdən də zövq alıram”.

Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə göndərilən sorğuya hələ ki cavab verilməyib.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
Son xəbərlər
Bütün xəbərlər »