Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Azərbaycana qaytarılacaq ərazilərin sayını açıqlayıb
İlham Əliyev, Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan təşvişə düşmüş ölkə cəmiyyətini sakitləşdirmək üçün müxtəlif açıqlamalarla çıxış edir.

Bizimyol.info xəbər verir ki, baş nazir Zəngəzurda yerləşən yaşayış məntəqələrində sakinlərin Azərbaycan qüvvələrindən qorxmasına münasibət bildirib.

Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan tərəfi Ermənistan ərazilərinə həmlə edərsə, məsələyə Rusiya da qarışacaq.

"Sünik" (Zəngəzur) vilyəti ilə sərhəddə yerləşən Azərbaycan əraziləri barədə sualı cavablandıran Paşinyan prosesin dinc şəkildə davam etdiyini deyib.

Etirazçılar İran-Ermənistan yolunu bağlayıblar Qafanda etirazçılar İran-Ermənistan yolunu bağlayıblar (Foto: Arxiv)

Əvvəlki günlərdə sərhəddə yaşayan sakinlər etiraz aksiyaları keçirərək Azərbaycan postlarının onların evlərinin yaxınlığında yerləşməsindən təhlükə hiss etdiklərini bildirmişdilər. Erirazçılar magistral yolları da bağlamışdılar. Həmçinin həmin ərazilərdə bəzi yaşayış məntəqələrinin Azərbaycana qaytarılması da Ermənistanda böyük etiraz aksiyalarına səbəb olub. Müxalifət iddia edir ki, hökumət Zəngəzuru Azərbaycana "satıb" və hissə-hissə təhvil verir.

İrəvanda Respublika meydanında mitinq

Bu barədə danışan Paşinyan hazırda orada gedən proseslərin münaqişə olmadığını, razılaşma əsasında aparıldığını bildirib.

"Tərəflər sərhəd məntəqələrinin yerlərini dəqiqləşdirirlər. Sünikə hər hansı həmlə olarsa, təkcə bizim qüvvələr deyil, Rusiya qüvvələri də işə qarışacaqlar",- deyə baş nazir ixtimaiyyəti sakitləşdirib.

Paşinyan hazırda müzakirə mövzusu olan məntəqələrin sayını da açıqlayıb: "Hazırda təxminən 20 ərazi vahidi ilə bağlı məsələlər müzakirə olunur".

Şurnux qəsəbəsi Şurnux qəsəbəsi

Daha əvvəl Paşinyan Zəngəzur istiqamətində iki yaşayış məntəqəsinin - Şahverdilər kəndi və Şurnux qəsəbəsinin Azərbaycana qaytarılacağına eyham vurmuşdu. O, həmin məntəqələrlə bağlı "ağrılı" nəticələrin mümkün olduğunu demişdi.

Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan və Ermənistan arasında sərhədlər SSRİ vaxtında olduğu kimi müəyyən edilir. Demarkasiyanın bu şəkildə aparılamsı isə bir sıra yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını tələb edir. Beynəlxalq miqyasda tanınan sərhədlərin bərpası nəticəsində Azərbaycanın sərhəd postları Zəngəzurda yaşayış məntəqələri və hava limanının 200-300 metrlik yaxınlığına qədər gedib çıxıb. Yerli sakinlər Azərbaycan sərhəd qüvvələrinin yaxınlıqda olmasından təhlükə hiss etdiklərini bildirirlər.

Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar” Gorusda Azərbaycanla sərhəddə yerləşən kənd

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan ərazilərinə iddia etmir və heç bir halda Ermənistan ərazilərinə daxil olmayacaq. Bununla belə, cəmiyyətdə təşviş səngimək bilmir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »