Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İrəvan onların silahları ilə Qarabağa keçib məhv olmasında maraqlıdır”
Erməni əsirlər

Müharibənin bitməsinə baxmayaraq, Qarabağda ordumuza qarşı erməni terrorçuların hücumları davam etməkdədir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Qarabağda təxribat törətmək və müharibəyə başlamaq kimə lazımdır? Bu hadisələrin yaşanmasında kimlər maraqlıdır?

Bizimyol.info-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, İrəvan onların silahları ilə Qarabağa keçib məhv olmasında maraqlıdır.

Əziz Əlibəyli Əziz Əlibəyli, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri

“Şübhəsiz ki, Türkiyə - Rusiya münasibətləri və Azərbaycanla əlaqələrin səviyyəsi imkan vermir ki, Rusiya artıq geridə qalmış (Müharibə 10 noyabrda, birdəfəlik bitdi) müharibənin aktivləşib, iri miqyaslı əməliyyatlara keçirsin.

Onsuz da ciddi problemləri olan Rusiyanın əlavə olaraq, sərhədləri xaricində Türkiyə və Azərbaycanın hərbi resurslarına qarşı sıfırdan külli miqdarda maliyyə ayıra bilməz. Bu itkiyə getmək üçün isə konkret səbəb yoxdur. Hər üç ölkə arasında razılaşma, əməkdaşlığın genişləndirilməsi və hədəf 100 milyard dollar potensialı ilə ölçülür.

Hadrut, Tuğ və digər ərazilərdə baş verən lokal toqquşmalara gəldikdə, bildirilir ki, bu yaraqlılar Laçın dəhlizi vasitəsilə bölgəyə daxil olub.

Nəticə isə onu göstərir ki, birinci, Azərbaycan tərəfi terrorçulara qarşı 27 sentyabrda başladılan əməliyyatları davam etdirir. İkincisi isə əli silahlı terrorçular hər iki tərəfin yəni Azərbaycan və Ermənistanın problemidir.

İrəvan onların silahları ilə Qarabağa keçib məhv olmasında maraqlıdır. Azərbaycan onları birdəfəlik məhv etməkdə maraqlıdır, Rusiya isə 10 noyabr sazişinin nəticələrinin icrası baxımından onların məhvinə maraqlıdır”.

Politoloqun sözlərinə görə, Qarabağda yaşananlarda bütün məsuliyyət Ermənistanın yox, Rusiyanın üzərinə düşür

“Ümumiyyətlə, mən heç vaxt bəyanatlardakı siyasi ruha və təmtəraqlı sözlərə etibar etmirəm. Reallıqlara baxıram. Hazırda ana prosses İrəvanda cərəyan edir. Artıq Qarabağda yaşananlarda da bütün məsuliyyət Ermənistanın yox, Rusiyanın üzərinə düşür.

Hesab edirəm ki,.Nikol Paşinyan yaxın günlərdə Azərbaycana müraciət edəcək və əməkdaşlığın ilkin təzahürü kimi terrorçuluğa qarşı birlikdə mübarizə təklif edəcək”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »