Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası Aprel döyüşləri ilə bağlı Prezidentə müraciət etdi
Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova

Aprel döyüşləri zamanı Şəhid olan əsgər Əbdülməcid Axundovun anası Ceyran Axundova Şəhid anaları adından ölkə başçısına müraciət ünvanlayıb.

Ceyran Axundova dövlət başçısından Aprel döyüşlərində şəhid və qazi olan əsgərlərimizin təltif olunmasını xahiş edib.

“Aprel döyüşlərindən başlanan Zəfərimiz tam Qarabağ qələbəmizlə tamamlandı. Aprel döyüşlərinin əhəmiyyətindən danışan Ali Baş Komandan cənab İlham Əliyev də bu döyüşlərin hərb tariximizdə xüsusi rolu olduğunu dəfələrlə qeyd edib. Aprel döyüşlərinin iştirakçılar , qaziləri və Şəhid ailələri də hər zaman bununla qürur duymuşlar.

Qələbəni yazanların hər birinin Ali Baş Komandanın sərəncamları ilə mükafatlandırılması qürurverici və tarixi bir addımdır.

Azərbaycanın Qalibiyyət yazan Ordusunun Ali baş komandanı Aprel döyüşlərinin də hərb tariximizin əhəmiyyətli günlərini öz imzası ilə imzalanmış sərəncamlarla təltif edərsə , tarixə Ali Baş Komandanın imzası ilə təltif kimi düşər və hər zaman da fəxarətlə səslənər. Bu baxımdan , Aprel döyüşlərinin iştirakçıları , qazi və Şəhid ailələri adından Cənab Ali Baş Komandandan bu döyüşlərin iştirakçılarını da öz imzası imzalanmış təltiflərlə mükafatlandırmağı xahiş edirik,- deyə Şəhid anası yazıb.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »