Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəzifəli şəxslərin adından istifadə edən şəxsə cinayət işi başlanıldı
Baş Prokurorluq

Vətəndaşların hüquqlarını pozaraq korrupsiya hüquqpozmaları törədib dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış faktlarla bağlı Baş İdarədə Pərviz Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi üçün tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Hadrut, Füzuli və Cəbrayılda erməni hərbçiləri meyitləri aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »