Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makronun merkantil Ermənistan sevgisi - ”Mən sizi, siz də məni seçin”
Nikol Paşinyan və Emmanuel Makron

Ermənistanın baş naziri Nikol Paşinyan təslim sənədini imzaladıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron Ermənistan icmasının nümayəndələri ilə görüşüb və onlarla birlikdə nahar edib. Bu məlumatı Ermənistanın "Qraparak" nəşri yayıb.

“Əməliyyatlar dövründə Paşinyana tez-tez zəng edirdim, mesaj atırdım və dəstəyimizi təklif edirdim. Amma o bu təklifi qəbul etmirdi, mənə zəng də etmirdi. Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, bəyanatdan əvvəl və ya ondan sonra bu barədə məlumat verməyib və ya xahiş etməyib hələ də anlamıram",- deyə Makron bildirib.

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırlayan Makron həmsədr kimi bitərəf mövqe tutmalı olduğunu xatırlamır. Nədən xatırlamadığı isə heç kimə sirr deyil.

2022-ci ildə Fransada on ikinci prezident seçkiləri keçiriləcək. E.Makronun mövqeyinin zəifləməsi onun ölkədə yaşayan milli azlıqların dəstəyini qazanması zərurətini dahada artırır.

Fransada Ermənistan adına mövcud olan diaspor sayına görə Avropa ölkələri arasında birinci yerdədir. Onların bu ölkədə 570-dən çox təşkilatı fəaliyyət göstərir.

E.Makronun Ermənistan sevgisi onun prezidentliyindən əvvəlki dövrdən başlayır. O, hələ prezidentliyə namizədliyini irəli sürdüyü vaxtdan etibarən bu diasporla sıx münasibət qurmağa başlayıb. 2017-ci ilin fevral ayında E.Makron bu icmasının ənənəvi ziyafətində iştirak etmək dəvətini qəbul etməsə də, 24 aprel tarixində prezident seçkiləri ərəfəsində o, Parisdə qondarma “soyqırım” abidəsinə baş çəkib.

Fransada qondarma “soyqırımının anım günü”nü təsis edəcəyinə söz verib. Həmin addımla E.Makron böyük bir diasporun dəstəyini qazanıb.

Makronun son proseslərdə Ermənistan tərəfini dəstəkləməsinin kökündə həm də Fransa ilə Türkiyə arasında yaranan soyuqluq dayanır. Fransa harada olmağa çalışırsa, qarşısına Türkiyə çıxır. Liviyada, Nigeriyada, Malidə, Liviyada, Aralıq dənizində, Suriyada, nəhayət, Qafqazda Türkiyə Fransanın təşəbbüslərinin qarşısını alır.

Makron Fransanın milli maraqlarını, Cənubi Qafqazdakı maraqlarının, xüsusilə də Azərbaycanla münasibətləri tapdayaraq bu şəkildə davranışlarla həmin böyük diaspora mesaj ötürür: "Mən sizinləyəm, siz də mənimlə olun".

O, əyani şəkildə sübut edir ki, Fransanın Minsk Qrupundakı mandatından Ermənistana hər formada və formatda dəstək vermək üçün istifadə edir.

Çingiz Qənizadə Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bizimyol.info-ya verdiyi açıqlamada E.Makronu beynəlxalq siyasətdə təcrübəsi olmayan, ölkəsinin geosiyasi maraqlarını düzgün hesablaya bilməyən, xarici siyasətdə çoxlu səhvlər buraxan siyasətçi adlandırıb: “O, Fransanın geosiyasi maraqlarını, o cümlədən Cənubi Qafqazdakı maraqlarını düzgün hesablaya bilsəydi, belə primitiv yanaşma sərgiləməməliydi. E.Makronun Vətən müharibəsi zamanı Azərbaycanın tərəfində “Suriyadan cihadçıların vuruşduğuna dair sübutların “olduğunu” da bildirməsi Fransa kimi ölkə başçısının yalançı olduğunu, işğalçıya dəstək vermək üçün şər və böhtana əl atdığını bir daha təsdiqləyir. Bu yalan məlumatlar həm beynəlxalq aləmdə, həm də Ermənistanda qeyri-ciddi, yalançı və faşizm ideologiyasının tərəfdarı kimi tanınmış Nikol Paşinyan tərəfindən də səsləndirilib. Deməli, Makronla Paşinyan eyni səviyyəli, eyni düşüncəli və eyni əqidəli adamlardır”.

Fransanın siyasi elitasına və Makrona ən tutarlı cavabı isə Prezident İlham Əliyev verdi: "Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər".

Ermənilərə dünyanın bir çox yerlərindən dəstək gələ bilər. Lakin erməni xislətində əqrəb kimi çalmaq xüsusiyyəti itib – batan deyil. Onu başının üstündə daşıyanı belə mütləq çalacaq. Bir gün Los-Ancelesdə, Krasnodarda, Marseldə qədim ərazilərinin iddiasına başlayıb baş ağrısına çevriləndə dünya oyanacaq. Amma buna qədər də çox qanlar töküləcək, çox itkilər veriləcək.

İlhamə Rəsulova

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »