Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim vaksinlərdən danışdı: “Abortdan əldə olunan ölü döl toxumasından hazırlanır”
Vaksin - peyvənd

Dünya mediasında vaksinlərin tərkibi ilə bağlı maraqlı və müəmmalı məsələlər dərc olunmaqda davam edir. Yaxın günlərdə xarici media qurumlarından birində “COVİD-19” vaksinlərinin hazırlanmasında döldən abort nəticəsində ifraz olunan fetus maddəsindən istifadə edildiyi barədə məlumatlar dərc olunub. Bunun ardınca isə Roma Papası açıqlama yayaraq bildirib ki, bu maddənin istifadə olunmasında dini cəhətdən problem yoxdur.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı tanınmış həkim, hazırda Türkiyədə Hacettepe Xəstəxanasında koronavirusla mübarizədə ön cəbəhədə mübarizə aparan həmyerlimiz Turanə Rəsulova bildirib ki, “COVİD-19” əleyhinə vaksinlərin hazırlanması üçün planlı abortlardan da əldə olunan döl toxuması istifadə edilir.

Turanə Rəsulova Turanə Rəsulova

“Gəlin bundan başlayaq ki, vaksinlər tibb elimin bəşəriyyətə ən böyük ərməğanlarından biridir. Bu məsələdə fikir ayrılığımız yoxdur. Amma Tibb elmi bəzən etik dilemmalar qarşısında qala bilir – bu, iki doğru arasında seçim etmək deməkdir, bir yanlışı bir doğrudan ayırmaq qədər asan deyil. Bəzi vaksinlərin hazırlanmasında fetusdan – yəni ölmüş döl toxumasından istifadə olunur və tarixə nəzər salsaq milyonlarla insanın Poliomielit, quduzluq, məxmərək və s. kimi ağır fəsadlara və ölümlərə səbəb olan xəstəliklərdən qorunması üçün hazırlanan vaksinlərdə döl toxumasından istifadə olunub. Digər tərəfdən bu və hazırda gündəm mövzusu olan COVİD-19 əleyhinə vaksinlərin hazırlanması üçün planlı abortlardan da əldə olunan döl toxuması istifadə edilir.

Katolik kilsənin bir sıra kardinalları abortun dində böyük günah olması səbəbindən vücudlarına inyeksiya ediləcək vaksinlərin inanclarına zidd hazırlandığını ifadə edirlər. Bu da onların həqiqəti və seçimləridir kimi də düşünmək olar və insan haqları baxımından əgər insan dölü istifadə olunmadan, laboratoriya heyvanları və ya digər materiallar istifadə edilərək hazırlanan vaksin seçimi varsa onları seçmək ən təbii haqlarıdır.

Bu günsə dünya Pandemiya ilə üz-üzədir və milyonlarla insanın ağır xəstələnməsinə, ölümünə və məcburi qapanma tədbirlərilə azadlığının məhdudlaşdırılmasına səbəb olan bu bəla cəmi bir insanla başlayıb. Dünya əhalisinin ən az 70%-i immunitet qazanana qədər də yoluxma zinciri qırılmayacaq və Koronavirus hələ də bəşəri təhlükə ərz etməyə davam edəcək.

İnsan haqları insanın dini inanclarını və seçimlərini toxunulmaz elan edir, əgər bu seçimlər başqaları üçün təhlükə demək deyilsə”.

Həkimin sözlərinə görə. mövcud durumda Koronavirus əleyhinə vaksinlərin istifadəsi necə hazırlanmağından asılı olmayaraq şəxsi sağlamlıqdan əlavə cəmiyyət və bəşəriyyət qarşısında məsuliyyət deməkdir.

“Digər tərəfdən, dini inanc həm də mənəviyyat məsələsidir və hər bir din bu və ya digər şəkildə humanizmi təbliğ edir. Bu gün bəşəri sağlamlığın qeydinə qalmaq ən humanist davranışdır eyni zamanda. Ayrı – ayrı kardinalların vaksinasiya ilə bağlı mənfi çağırışlarına Papanın aydınlıq gətirərək “bu vaksinlərin istifadəsi dinimizə zidd deyildir” kimi aydınlıq gətirməsilə bu mübahisələr xristian dünyası üçün son bulacaq ümid edirəm. Və sevindirici haldır ki, bizim dinimiz, şeyximiz yanlış çağırışlarla çıxış etmirlər. İnşallah tezliklə ölkəmizdə də kütləvi vaksinasiya başlanacaq və bu müharibədən də qalib çıxacağıq”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Şəhid məzarlarını dağıdan məmurlar Ermənistanı sevindirdilər
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »