Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusun “sülh” məramı - Hadrutda qanlı gecə
Rusiya sülhməramlıları Qarabağda

Dünən Hadrut rayonundakı meşəliklərdə gizlənən terrorçuların hücumu nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 38 yaşlı Elmir Rayil oğlu Qənbərov şəhid olub. Bir əsgərin yaralandığı bildirilir. Hazırda Hadrutda və Xocavənd rayonunun Tuğ kəndi yaxınlığında antiterror əməliyyatları davam edir. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə təxminən 3200 silahlı terroçu var. Hadrut meşələrində isə hələ də təqribən 120 Ermənistan silahlısı var.

Görünən odur ki, gələn gündən öz şübhəli məramıyla Azərbaycanı narazı salan rus əsgərləri daima himayə etdiklərinin yanındadırlar. Azərbaycan tutub saxladığı erməniləri qaytarıb verir rusların əlinə, onlar da əlinə silah verib yenidən buraxır meşələrə.

İndi Qarabağ ermənilərinin idarəçiliyi tam olaraq Rusiyanın əlindədir. Rusiya onlardan həm Ermənistana, həm də Azərbaycana qarşı uğurla istifadə etməyə çalışacaq. Hadrutda baş verənlər bunu deməyə əsas verir. Hadrut yüksəkliklərində və Şuşanın cənubunda ermənilərlə toqquşmalar strateji nöqtələrdi. Sülhməramlılar da coğrafiyalarının genişləndirilməsində maraqlıdırlar. Erməni silahlılar çox gunan kı, Laçın dəhlizindən keçiblər

4-5 gün öncə Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağda da hər an münaqişənin alovlanacağı anonsunu vermişdi, ondan sonra RF MN-də vəzifə tutan bir rus general da eyni temanı təkrarladı. Ondan qabaq isə Putin ilin yekunlarına dair cəmiyyətlə sorğu-sual zamanı əvvəlcədən hazırlanmış sual olduğu şübhə doğurmayan "Rus sülhməramlılarının sayının artırılması" temasını gündəmə gətirdi və dedi ki, bu mümkündü o halda ki, tərəflər gərək razı ola. Nəticədə bugün yenə Hadrutda aləm qarışdı bir-birinə, konkret Üçtərəfli Bəyannamə bir daha pozuldu, şübhə altına düşdü, çünki Şəhidlərimiz var, yaralılarımız var, əsirimiz var . Və ən əsası da ölkənin suverenliyinə təhlükə var.

Qarabağda hələlik nəzarətimizdə olmayan ərazilərdə erməni yaraqlılar tərksilah edilməlidir. Bu prosesin yanvarın 8-də başa çatacağı deyilsə də, əsla inandırıcı təsir bağışlamır.

Baş verən hadisələr müxtəlif səbəblər tapmaq olar. Birinci məqam budur ki, hadisələri bəhanə edib Rusiya burda hərbi kontingentin sayını artırsın.İkinci bir məqam Qarabağ hadisələrinə uzaqdan diş qıcayan Fransanın da burda barmağı ola bilər. Rusiyanın öz missiyasının öhdəsindən gələ bilmədiyini bəyan etmək üçün. Hər iki halda Rusiya öz qüvvələrinin sayını artırmağa maraqlı olacaq.

Bizim rusun mahiyyətini öz bildiyimiz kimi yozmağımıza baxmayaraq Rusiya tərəfi rəsmi şəkildə dəfələrlə öz mətbuatında Qarabağın statusundan danışdı və caynağının bu ərazilərdə olduğunu bəyan etdi. Biz bunu niyə özümüzü aldadaraq bizə qarşı psixoloji təzyiq kimi gördük? Sadəcə bu qədər gördük. Rəsmi dairələr bu şəkildə təqlin etdi.

Rusiya hazırda Cənubi Osetiya və Abxaziyaya, yəni ümumi ərazisi 12500 kvadrat kilometr olan torpaqlara da "effektiv nəzarət"dədir. Rəsmi Moskva "effektiv nəzarət" ifadəsindən gen-bol istifadə etməyə Avropa İnsan Haqları Məhkəməsində "Loizidu işi" presedentindən yararlanaraq başlayıb.

Rusiya hərbçilərinin Azərbaycan vətəndaşlarını da Qarabağda, yəni Azərbaycan ərazisində harasa buraxmamalarını "prosesin məcraya salınması labudlüyü" kimi bəhanə ilə malalayır. Rusiyanın dünyaya sırımaq istədiyi effektiv nəzarət isə işğalın sivil adıdır.

Ölkə Prezidenti İlham Əliyev 44 günlük müharibə dövründə Rusiya telekanallarından birinə müsahibə verərkən jurnalist dövlət başçısına belə bir sual verdi.”Biz hər yerdə Azərbaycan və Türkiyə bayraqlarının qoşa dalğalandığını gördük. Bəs niyə Rusiya bayrağı yoxdur?”. Prezidentin jurnalistə cavabı təxminən bu məzmunda cavab oldu: “Xalq özünə kimi dost görür, kimin dəstəyini hiss edir, o bayrağı da asır. Burda kimisə məcbur etməyiblər”. Amma, sanki jurnalistin sualı Azərbaycanda fəaliyyətdə olan gizli rusbaşlara siqnal oldu. Qələbə yürüşünə çıxmış maşın karvanlarının üzərində dərhal Rusiya bayraqları da yelləndi. Onlar ləb demədən bizimkilər ləbləbi anladılar. Amma Qarabağda Xankəndində Rusiya bayrağının yanında Azərbaycan yox “Arsax” bayrağı dalğalanır. Və biz qalib ölkə olaraq o əski parçasının yerə düşürülməsinə nail ola bilməmişik.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin say artımına imkan verilməməlidir.

Onların nəzarət etdikləri ərazilərdə müvəqqəti idarəetmə administrasiyaları və ya strukturları yaratmasına əsla imkan verilməməlidir. Bir müddət sonra Kırımın ilhaqı kimi nəzarət etdikləri əraziləri də ilhaq edə bilərlər. Kimsə də qanun yol vermir deməsin. Rusiya hər zaman quldur rolunu oynayıb. Ondan hər şey gözləmək olar.

Hesab edirəm ki, Tovuza hücum, qəhrəman general Polad Həşimovun bu döyüşlər zamanı həlak olması Vətən müharibəsinin başlanmasını necə şərtləndirib, dönüş rolunu oynamışdısa, bu gecə baş verən Hadrut hadisələri də Rusiya qüvvələrinin öz yerinə oturuzdurulması yolunda ilk addım olmalıdır. Rusiya bu münaqişənin təzə qalmasında, yaraların qanamasında maraqlıdır. Yeni qurbanların da olacağı istisna deyil. Vətən müharibəsi bitdi. Antiterror əməliyyatlarının başlanmasına zəmin yarandı. Cəzasızlıq sindromunu məhv etmək üçün.

İlhamə Rəsulova

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
Son xəbərlər
Bütün xəbərlər »