Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin arxivinə verilməyib
Müharibə veteranları

Bir qrup 1-ci Qarabağ müharibəsi iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

Bizimyol.info xəbər verir ki, keçmiş döyüşçülərin Prezidentə ünvanladığı müraciətdə deyilir:

"Hörmətli Ali Baş Komandan !

Biz hamımız bir yerdə 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində 1992-1994-cü illərdə iştirak etmişik.Ancaq 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edən döyüşçülərin 70 %, Qarabağ müharibəsi əlili və veteranı adı alsalarda yerdə qalan 30 % hələdə bu hüququnu əldə edə bilmir.Səbəb kimi Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi cavab verib göstərir ki, 771 saylı hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin arxivinə verilməyib.

Bu isə tam yalandır çünki yuxarıda qeyd etdiyimiz kimi 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib əlil və veteran statusu almiş şəxslərə həmin arxiv idarəsi arayış verib 771 saylı hərbi hissə barədə ətraflı məlumat vermişdir. Həmçinin həmin arxiv arayışı əsasında Şəki İnzibati Məhkəməsi bzim cəbhə yoldaşlarımızın çoxuna veteran adı verilməsinə dair qərar çıxarmışdır.Bu müraciəti imza edənlərin bir neçəsi 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib vetean adı və müharibə əlili statusu alıblar.Onlarda bu müraciətə imza edib subut edirlər ki, veteran adı ala bilməyən bu şəxslər bizimlə birlikdə 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak ediblər bir yerdə tərxis olunmuşuq.Həttda 1-ci Qarabağ müharibəsindən uzun müddət keçməsinə baxmayarq biz hələdə dostluq edirik bir-birimizi daimi axtarırıq əlaqə saxlayırıq.

Müharibə veteranları

Qeyd edək ki, 771 nömrəli hərbi hissənin komandiri həmin vaxt polkovnik Əzizağa Qənizadə və Qərargah rəisi isə mayor Aydın Şiriyev olub. Polkovnik Əzizağa Qənizadə hazırda Müdafiə Nazirliyinin hərbi muzeyinin direktorudur.O isə utanmadan susub bizə heç bir köməklik etmək istəmir.Hansı ki, onun komandiri olduğu 771 saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etmişik qanunu qaydada tərxis edilmişik. Cəbhə yoldaşlarımızdan şəhid, əlil olanlar var. Bizm 771 saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etməyimizi təsdiq edən konkret və mötəbər subutlarımız, canlı şahidlərimiz var. Həttda biz 2-ci Qarabağ müharibəsində 29 sentyabr 2020-ci il tarixdə Qarabağ müharibəsində də iştirak etmişik.Bizim bu əziyyətimizi yerə vurmaq haqqımızı tapdamaq vətənə dövlətə xəyanətə bərabər bir cinayət hesab edilməlidir.

Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edib xahiş edirik

Hörmətli Ali Baş Komandan bizim bu müraciətimizi və təqdim etdiyimiz subutları obyektiv araşdırıb bizə qanunu qaydada müharibə veteranı statusu verilməsinə köməklik göstərərsiniz.Biz Sizə inanırıq.

İmza; 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edən şəxslər.

1.İsmayılov Şahin Ağaəli oğlu Göyçay rayonu Alpout kəndi əlaqə telefonu; 050 334-69-15

2. Həsrətov Orxan Vaqif oğlu Göyçay rayonu Mırtı kəndi

3.Daşdəmirov Tahir Şəban oğlu Ağdaş rayonu Ləkçılpaq kəndi

4. Həsənov Nizami Məhəmməd oğlu Ağdaş rayonu Aşağı Nemətabad kəndi

5. Məmmədov Bəhruz Vahid oğlu Ağdaş rayonu Xosrov kəndi

6.Həsənov Eldar Əliheydar oğlu Ucar rayonu Qazyan kəndi

7.Xəlilov Vahid Məmməd oğlu Ucar rayonu Qarabörk kəndi

8.Süleymanov Ələsgər Əsgərxan oğlu Ucar rayonu Qazıqumlaq kəndi Qarabağ müharibəsi əlili

9. Rzayev Kamal İsrayıl oğlu Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndi ehtiyatda olan zabit Qarabağ müharibəsi veteranı

10. Abdillayev Elxan Abdulla oğlu Ağdaş rayonu Cüvə kəndi müharibə veteranı

11.Məmmədov Ələsgər Əli oğlu 2-ci qrup Qarabağ müharibəsi əlili

12.İsmayılov Ağaşirin Firuddin oğlu Ağdaş rayonu Ləki kəndi 2-ci qrup müharibə əlili

13.Səfərov Aydın Sadəddin oğlu Ağdaş rayonu Ləki kəndi 2-ci qrup Qarabağ müharibəsi əlili".

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »