Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi karyerasını harada davam etdirəcəyi ilə bağlı sualı cavablandırdı
Messi

İspaniyanın "Barselona" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi karyerası ilə bağlı gələcək planlarından danışıb.

"Report" xəbər verir ki, "La Sexta" nəşrinə müsahibə verən 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını bildirib.

Messi deyib ki, mövsümün sonuna qədər heç nə aydın deyil: "Gəlin görən bundan sonra nə olacaq. "Barselona"dan ayrılıb-ayrılmayacağımı bilmirəm. Bu barədə mövsümün sonunda danışacağıq. Ancaq karyeramı bitirdikdən sonra klubda qalacağıma ümid edirəm".

Ulduz futbolçu "Real Madrid" və "Atletiko"da çıxış etməyin mümkünsüz olduğunu sözlərinə əlavə edib: "Nə vaxtsa ABŞ çempionatında oynamaq istəyirəm. Bu, mənim arzumdur. Ancaq gerçəkləşəcəyini bilmirəm".

Qeyd edək ki, Lionel Messi yayda "Barselona"nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Paylaş »
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› Navalnının mənzilində axtarış aparıldı
Son xəbərlər
Bütün xəbərlər »