Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: “Məğlubiyyətin səbəblərini başa düşmək lazımdır”
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – red.) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.

Bu barədə Nikol Paşinyan Ermənistanın “İctimai” televiziyasında müsahibəsində bildirib.

“Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib.

“İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər” deyə, o əlavə edib.

Paşinyan həmçinin, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib: “Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu müharibə ilə bağlı bütün həqiqətlər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Xüsusi adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə əlaqəsi olan insanlar var”.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
Son xəbərlər
Bütün xəbərlər »