Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələn il Putini, Azərbaycanı və Ermənistanı nə gözləyir... - ABŞ mətbuatı
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan

"Putin 2021-ci ilə amansız, yumşaq yanaşmanı yaxına buraxmayan avtokrat kimi başlayacaq",- deyə Karneqi Moskva Mərkəzinin eksperti Andrey Kolesnikov ABŞ-ın "World Street Journal" qəzetinə açıqlamasında bildirib.

Bizimyol.info xəbər verir ki, ekspertin fikrincə, gələn il Putin Rusiyanı dünyadan daha da təcrid edəcək: "Ötən həftə qəbul edilmiş bir sıra qanunlar göstərir ki, Putin öz hakimiyyətinə qarşı təhlükələrdən qorunmağa hazırlaşır".

Aleksey Navalnı Aleksey Navalnı

"R.Politik" analitik mərkəzinin təsisçisi Tatyana Stanovaya isə hesab edir ki, hətta reqytinqi aşağı düşəndə də "xalqın dəstəyini" elan edib səlahiyyətlərini genişləndirməkdən Putinin xoşu gəlir: "Nəhayət ki, son qaunvericilik dəyişiklikləri ilə o, öz şəxsi sistemi və Konstitusiyası ilə əsl Putin rejimi yaratmağa nail olub. Navalnıya qarşı baş verənlər və hakimiyyətin bu işlərdə iştirakını boynundan atması onu göstərir ki, Putin artıq yumşaq tənqidlərə də dözmür. Rejim üçün hazırda yeganə uyğun davranış tərzi repressiyalardan ibarətdir".

Analitiklər hesab edirlər ki, Putin 2021-ci ildə də müxalifəti qorxutmaqda davam edəcək.

Qəzet yazır ki, Putin 2020-ci ildə Lukaşenkonu qoruyub, Azərbaycan və Ermənistan arasında vasitəçilik edib: "Gələn il Putin Belarusdan Rusiya ilə daha dərin inteqrasiya tələb edəcək. Azərbaycan və Ermənistan da Moskvaya ehtiram göstərməyə davam edəcəklər. Çünki toqquşmaların qarşısını alan yeganə şəxs Putindir".

Vladimir Putin, Aleksandr Lukaşenko Vladimir Putin, Aleksandr Lukaşenko

Digər tərəfdən Putin hakimiyyətdən sonrakı dövrə də hazırlıq görür. Onun qəbul etdirdiyi qanunlar hakimiyyətdən getdikdən sonra məsuliyyətə cəlb edilməsini mümkünsüz edir. Hakimiyyətdən getdikdən sonra Putin ömürlük senator olacaq və eks-prezident olaraq onu məsuliyyətə cəlb etmək qanunla qadağan edilib.

Qeyd edək ki, burada iki məqsəd ola bilər: Ya Putin daha çox repressiyalar törətməyə hazırlaşır və o üzdən sonrakı taleyini sığortalayır, ya da yaxın gələcəkdə hakimiyyətini itirmə təhlükəsi olduğuna görə yenə də özünü ehtimal olunan cəzalardan qorumağı planlaşdırır.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »