Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makronun Paşinyanla bağlı qeybətləri üzə çıxdı: "O niyə belə edirdi?"
Nikol Paşinyan və Emmanuel Makron

Noyabrın 9-da Ermənistan təslimçilik aktını imzaladıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron ölkəsindəki Ermənistan icmasının üzvləri ilə görüşüb və nahar edib.

Bizimyol.info xəbər verir ki, nahar zamanı Makron bəzi etiraflara imza atıb və Ermənistanın baş naziri Nikol Paşinyandan narazı qaldığını da açıq mətnlə dilə gətirib.

Məlum olub ki, ölkəsinin çətin durumda olmasına baxmayaraq,  Paşinyan heç vaxt Makrondan dəstək istəməyib. Bütün hallarda məhz Makron Paşinyanı axtarıb, amma heç bir halda Paşinyan ondan hər hansı formada kömək ummayıb. Nahar zamanı yer alan söhbətlər barədə detalları Ermənistanın "Qraparak" nəşri yayıb.

Emmanuel Makron Emmanuel Makron

Makron söhbət zamanı icma nümayəndələrinin Nikol Paşinyana qarşı münasibətlərini soruşub. Onları diqqətlə dinləyib, sonra isə baş nazirin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini açıb ortaya qoyub.

Makron deyib ki, fəal əməliyyat günlərində o, dəfələrlə Paşinyana zəng edərək öz dəstəyini təklif edib, hətta mesajlar yazıb. Doğrudur, Paşinyan mesajlara çevik şəkildə cavab yazırmış, amma Makrondən hər hansı dəstək istəməyib və bir dəfə də olsun özü Makronu axtarmayıb.

Bundan başqa, Makron təccüblə xəbər verib ki, nə 9 noyabrdan əvvəl, nə də sonra Paşinyan bir dəfə də olsun ona zəng etməyib və belə bir sənədin ona qəbul etdirildiyi barədə məlumat verməyib. Sənəd imzalandıqdan sonra da onun nəticələrinin yumaşldılması üçün Paşinyan Makrondan kömək istəməyib.

Makron Paşinyanın davranışından narazılığını açıq formada ifadə edib: "Axı mən ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidentiyəm. Niyə o, belə bir sənədin imzalanmasından əvvəl və ya sonra məni axtarıb kömək istəmədi? "

Makron həmçinin icma nümayəndələrindən Fransa ilə bağlı gözləntilərini də soruşub. "Amma deyəsən, belə məsələlər dövlət diplomatiyası yolu ilə həll olunmalıdır, icma nümayəndələri ilə yox",- deyə "Qaraparak" nəşri Makronun ünvanına qınayıcı tonda şərh əlavə edib.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Qeyd edək ki, Paşinyanın Ermənistanı Rusiyanın təsirindən çıxarmaq cəhdləri ilə bağlı fikirlər səsləndirilir. Görünür, baş nazir öz ölkəsini təkcə Rusiyanın deyil, həm də Fransanın təsirindən çıxarmaq istəyir. Paşinyan yaxşı başa düşür ki, bu iki ölkə Ermənistana əslində dost deyillər, onlar sadəcə olaraq, bu ölkəni Türkiyə və Azərbaycana qarşı "boks əlcəyi" kimi istifadə edirlər.

Paşinyan ABŞ-ın adamı sayılır və bir çox analitiklərin fikrincə, bu günə qədər də baş nazir bütün addımlarını Vaşinqtonla razılaşdırır. ABŞ-ın dünyada ən böyük səfirliyinin də Ermənistanda olması təsadüfi deyil. Səfirlikdə 2000-dən artıq əməkdaş çalışır. Ağ Ev yaxşı başa düşür ki, Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmaq üçün mütləq Ermənistanı Rusiyanın əlindən almaq lazımdır. Əks halda Kreml Ermənistanı bütün region ölkələrinə qarşı təzyiq aləti kimi istifadə edəcək. Bütün bu məsələlərdə Paşinyan da Vaşinqtonla həmrəydir.

Nikol Paşinyan və Vladimir Putin

Amma hələlik Rusiyanı sona qədər zərərsizləşdirmək mümkün olmayıb. Paşinyan münaqişələrin həll olunmasını, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərin qurulmasını istəyir və bu fikirləri açıq şəkildə dilə gətirir. Yəqin ki, yalnız bu yolla Ermənistanda Rusiyanın nüfuzunu sarsıtmaq mümkündür.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »