Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: İran İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib
iran bayrağı

İslam İnqilabı Keşikçiləri Korpusu öz ərazisindən İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib.

APA bildirir ki, bunu İran mənbələrinə istinadən Küveytin “Əl-Qabas” qəzeti xəbər verir.

Nəşrin məlumatına görə, İraqa ötürülən Ərəş raketləri İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinə aiddir və dəqiq idarə olunan qısa mənzilli raketlərdir.

Pilotsuz təyyarələrə gəldikdə isə, mənbələr bunun İranda istehsal edildiyini, İraqın cənub əyalətlərindəki xüsusi qorunan obyektlərə yerləşdirildiyini söyləyirlər.

Qəzetin yazdığına görə, raketlər İrana yaxın İraq silahlı qruplaşmalarına aid yerlərdə və düşərgələrdə yerləşdirilib.

Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun qarşıdakı bir neçə həftə içərisində yalnız İraqdakı deyil, bölgədəki bəzi digər ölkələrin hədəflərinə raket və insansız zərbələr endirə biləcəyini vurğulayıb.

Mənbələr bu hücumların ABŞ Prezidenti Donald Trampın vəzifəsindən getməsindən və yerinə Co Baydenin gəlməsindən sonra baş verə biləcəyini iddia edirlər.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər
Son xəbərlər
Bütün xəbərlər »