Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 27 dekabr, 2020
Bürclər

Bizimyol.info 27 dekabr, 2020-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç - Bu gün qeyri-adi şəkildə sizin xeyrinizə işləyən proseslər ola bilər. Bəzi risklərin olmasına baxmayaraq, çətinliklərin öhdəsindən gəlmək və münaqişələri dəf etmək istiqamətində uğur qazanmağa davam edəcəksiniz. Ağıllı olmağınız sizə yardım edəcək.

Buğa bürcü Buğa bürcü

Buğa - Ətrafdakılarla paylaşma hisslərinizin sıx olduğu bir gündür. Sosial məsələləri ön plana çıxarmağınız sosial həyatda yerinizi möhkəmlənriməyinizə kömək edəcək. Yeni münasibətlərin qurula biləcəyi bir gündür. Həyatınızı dəyişə biləcək proseslər baş verə bilər.

Əkizlər - Məsuliyyət hissinin ağırlığını itirə bilərsiniz. Düşünülməmiş qərarlar verməyə meylli olacaqsınız. Hərəkətli bir gündür. Xüsusən də düşüncələrinizdə dinamik dəyişikliklər baş verəcək. Yeni əlaqələr axtarmağınız sizi motivasiya edir. Yeni münasibətlərə can atacaqsınız. Amma bütün münasibətlərə məsuliyyətlə yanaşın. Yeniliklər uğurlu ola bildiyi kimi, uğursuz da ola bilir.

Əkizlər bürcü Əkizlər bürcü

Xərçəng - Ətraf mühitlə münasibətlərinizdə yaşadığınız problemləri şəxsi həyatınıza köçürməyin. Bu gün yaxın dostlarınız sizin fikir və məsləhətlərinizə ehtiyac hiss edəcəklər. Emosional münasibətlərinizdə düşüncələrinizi diqqətlə ifadə edin. Təmkinli olsanız, maliyyə məsələlərində də uğur qazanacaqsınız.

Şir - Başladığınız işləri başa çatdırmaq üçün çox inadkar olacaqsınız. Üzərinizə götürdüyünüz vəzifələrin dəqiq bir mənzərəsini çəkəcəksiniz. Yeni təşəbbüslər üçün araşdırma apara bilərsiniz. Səyahət etməyə ehtiyacınız var. Çoxdandır aydın zəka ilə planlar qurmaqda çətinlik çəkirsiniz. Sabah bu istiqamətdə özünüzdə güc hiss edəcəksiniz.

Qız - Bu gün ulduzlar ətrafdakılarla ünsiyyətdə maraqlı hadisələrlə qarşılaşa biləcəyinizi proqnoz edir. Ətrafınızda həddindən artıq mütəfəkkirlər var və sizin üçün faydalı ola bilərlər. Ağlınıza gələn maraqlı düşüncələr üçün çox gözləməyin. Fikir və ideyalarınızı etibar etdiyiniz adamlarla paylaşın. Ağıl ağıldan üstündür...

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Düşüncələrinizdə qarışıqlıq və anlaşılmazlıqlar yaşaya bilərsiniz. Şüur altında anlamadığınız və izah edə bilmədiyiniz narahatlıqlar olacaq. Bir müddət başınızdan atdığınız fikirlər yenidən beyninizi zəbt edəcək. Qiymətləndirmənizi düzgün etməlisiniz. Açıq havada gəzintiyə üstünlük verin ki, narahatlıq hissi sizi üstələyə bilməsin.

Əqrəb - İntuitiv davranışınız düşüncələrinizdə böyük bir paya sahibdir. Bir çox məsələlərə altıncı hissinizlə uğurlu bir şəkildə reaksiya verirsiniz. Fikirlərinizi bölüşərkən maraqlı manera nümayiş etdirirsiniz. Hiss edirsiniz ki görüşəcəyiniz insanlar sizin üçün vacib işlər görə bilərlər. Bu gün də intuisiyanıza etibar edin və onun göstərdiyi istiqamətdə irəliləyin.

Oxatan - Şəxsi cazibəniz və xarizmanız həmişəkindən daha güclüdür. Cəmiyyətdə mühüm işlərin altına imza atacaqsınız və çoxdan darıxdığınız uğurun qapınıza gəldiyini görəcəksiniz. Şəxsi fəaliyyətiniz öz bəhrəsini verəcək. Böyük uğurların bünövrəsinin qoyulacağı bir gündür.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Maddi məsələlərdə ehtiyatlı davranmağın tərəfdarısınız. Sifarişlərinizin uğursuz icra olunması və rahat həyatınızın nisbətən pozulması sizi emosional baxımdan boğa bilər. Əziyyət çəkib nəticə qazanmaqğın lazım olduğu bir gündür. Uzun müddət planlaşdırdığınız dəyişikliklərə hazırsınız. Əzmli olun, uğur qazanın. İşləməyən dişləməz...

Dolça - Şüur altında instinktləriniz güclü olduğuna görə bəzən düşünmədən hərəkət edirsiniz. Bu üzdən qaça bilmədiyiniz bəzi səhvlər ortaya çıxa bilər. Ətrafınızdakə insanları ağıllı şəkildə qiymətləndirin. Xırda bir yanlışa görə insanların üstündən xətt çəkməyin. Ürəyinizdə şübhələr var, doğru olub-olmadığını yoxlaya bilmirsiniz və bu vəziyyət sizi üzür. İnsanlara etibar edin, şübhələr yalnız sizə məxsusdur, istəsəniz, bir anda o şübhələrin üstündən xətt çəkə bilərsiniz və həyatınız rahatlaşar.

Balıq bürcü Balıq bürcü

Balıq - Romantik və emosional bir gündür. Tərəfdaşlarınız sizdən sürpriz qərarlar gözləyirlər. Enerji potensialınızı həyəcan və hisslərinizə uyğun istifadə edəcəksiniz. Bu gün ətrafınızdakı insanların sizə olan münasibətini daha yaxşı başa düşəcəksiniz. Bir çoxları üçün gözlədiyinizdən daha dəyərli insan olduğunuzu bilmək sizə xoş əhval gətirəcək.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »