Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Baydeni "feyk prezident" adlandırıb
Donald Tramp

ABŞ-ın hazırkı prezidenti Donald Tramp ölkənin yeni seçilmiş dövlət başçısı Co Baydeni "saxta prezident" adlandırıb.

“Report” xəbər verir ki, Donald Tramp bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb.

ABŞ rəhbəri Birləşmiş Ştatlarda ötən ayın əvvəllərində keçirilmiş səsvermələri üçüncü dünya ölkələrində liderlərin seçilməsi proseduru ilə müqayisə edib.

"Əfqanıstanda xidmət etmiş gənc hərbçi mənə danışdı ki, həmin ölkədə seçkilər 2020-ci ildə ABŞ-da keçirilmiş seçkilərdən daha təhlükəsizdir və daha yaxşıdır. Bizimki (seçkilər – red.) poçt ilə göndərilmiş milyonlarla və milyonlarla bülletenli seçki idi, üçüncü dünya (ölkələri kimi idi - red). Feyk prezident!" – Tramp tvitterdəki hesabında yazıb.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Məlumata görə, seçkilərdə keçmiş vitse-prezident Co Bayden qələbə qazanıb, amma hazırkı prezident Donald Tramp məğlubiyyətini etiraf etmir.

Seçkilərin qalibi rəsmən yanvarın 6-da Konqres tərəfindən elan ediləcək. ABŞ-ın yeni prezidentinin inauqurasiyası yanvarın 20-da keçiriləcək.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »