Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan ordusunun Şuşaya dəqiq raket zərbəsi: onlarla erməni polisi necə məhv oldu...
Ermənilər meyitlərini yığır

İkinci Qarabağ müharibəsinin əvvəllərində Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə Şuşada, cəmi bir neçə ay əvvəl qondarma rejimin rəhbəri Araik Arutyunyanın öz “inauqurasiyasını” keçirdiyi Mədəniyyət Evini darmadağın etdiyi məlumdur. Həmin raket zərbəsi təkcə Şuşanı “arsaxın paytaxtına” çevirmək niyyətini ortaya qoyan düşmənə simvolik mənada dərs vermək məqsədi daşımayıb, eyni zamanda həmin vaxt orada cəmləşən erməni hərbçilərini də məhv edib. Belə ki, zərbə zamanı binada 300-ə yaxın erməni hərbçisinin (sonradan onların Ermənistandan Qarabağa döyüşlərə göndərilən polislər olduğu üzə çıxmışdı) cəmləşdiyi məlum idi, onların əksəriyyətinin öldüyü və yaralandığı erməni mənbələri tərəfindən də təsdiqlənirdi.

Virtualaz.org xəbər verir ki, indi “Sputnik Armenia” şahidlərə istinadən bu zərbənin necə baş verdiyi haqda yazır. Bildirilir ki, müharibənin ilk həftəsində-oktyabrın 4-də baş vermiş həmin hadisənin təfərrüatları hələ də açıqlanmayıb, hərçənd rəsmi mənbələr orada 20-dən çox polisin öldüyünü, 200-ə yaxınının yaralandığını təsdiq edir.

“Bu müharibənin səkkizinci günü baş verdi. Səhər saatlarında mən mağazaya getdim. Binanın qarşısında qonşumla rastlaşdım, bu vaxt hava hücumu barədə xəbərdarlıq sirenası işə düşdü. Biz sığınacağa-binanın zirzəmisinə qaçdıq. Gördük ki, evin qarşısında bir neçə “avtozak” (polis maşını) dayandı, onlardan polis formasında kişilər çıxdı. Bizdən soruşdular ki, sığınacaq hanı. Onları olduğumuz zirzəmiyə çağırdıq. Polislər qaçdılar, arxalarınca maşından başqaları da yerə atıldılar. Onlarla adam bizim zirzəmiyə sığındı, qalanları qonşuluqdakı evə istiqamətləndilər. Bizim yanımıza qaçanlardan birincisi soruşdu ki, bura haradır, hansı şəhərdir. Deyəndə ki, onlar Şuşadadırlar, çox bərk təəcübləndilər. Özləri izah etdilər ki, onları Noyemberyana sərhədi mühafizə etmək adı altında bura gətiriblər. Qrupun rəhbəri kiminləsə ratsiya ilə danışdı, uzun söhbətdən sonra bildirdi ki, olduqları yerdə (yəni Şuşada) qalmaq barədə əmr var”,-hadisənin şahidi olan və həmin vaxt Şuşada yaşamış erməni qadın danışıb.

O, deyib ki, polislərin zirzəmiyə sığınmasından bir-iki saat sonra, mənzilində olanda həyətdə güclü partlayış və qışqırıq səsləri eşidib. Zirzəmiyə düşəndə yaralı polisləri görüb, qalanlarının da üst-başı beton-sement tozuna batmışdı. Mədəniyyət Evi həmin binadan 150 metrlikdə yerləşirdi.

“Qonşular dedilər ki, polisləri Mədəiyyət Evinə iclasa toplayıblar, bu vaxt binaya ya pilotsuz təyyarə ilə, ya raketlə zərbə endirilib. Görünür binada çoxlu sayda hərbi geyimli adamların cəmləşdiyini qeydə alıblar. Partlayış nəticəsində binanın damı dağılıb və içəridəkilərin üstünə tökülüb. Xilasedicilər dedilər ki, çoxlu sayda ölən və ağır yaralananlar var. Dağıntılar altında hələ adamlar qalırdı, xilasedicilər onları çıxarmaq üçün işləyirdi. Nisbətən yüngül yaralanan polislər bizim binanın zirzəmisinə sığınmışdı”,-şahid bildirib.

Qadının dediyinə görə, həmin yaralı polislər daha üç gün binanın zirzəmisində qalıblar, onlar başlarına nə gələcəklərini, hara göndəriləcəklərini bilmirdilər. Beton döşəmənin üstüdə , torpaqda yatırdılar. Sonradan isə həmin polisləri yenidən Ermənistana qaytarıblar...

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »