Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda toy məclisi təşkil etmək istəyənlər cəzalandırılıblar
Polis - Cərimə

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıblar.

Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində sərtləşdirilmiş karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »