Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bolmart” Şuşada da fəaliyyətə başladı
Şuşada - Bolmart

Şuşa - Azərbaycan xalqı üçün milli qürur və ləyaqət nümunəsi, mədəniyyətimizin beşiyi, doğma torpağımızın hər bir diyarı kimi müqəddəs məkan, Vətən parçası və bütöv Azərbaycan xəyalımızın ilk addımıdır!

Qarabağın “Kiçik Parisi” adlandırılan Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixində Prezident, Ali Baş komandan İlham Əliyevin başçılığı və şanlı ordumuzun qətiyyətli mübarizəsi ilə düşmən tapdağından azad edildi. Qarabağda o cümlədən Şuşada sosial iqtisadi həyatın yenidən bərpa olunması istiqamətində bir çox addımlar atılır və quruculuq işləri həyata keçirilir. Şuşada ilk çörək və şirniyyat mağazası “Azcake” MMC-nin açılışından sonra Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən “Bolmart” supermarketlər şəbəkəsinin Şuşa şəhərində ilk filialı açılıb. Hər iki müəssisənin açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yerinə yetirilib.

Şuşada “Bolmart” marketin filialının açılmasının birbaşa təşəbbüskarları son 10 ildə pərakəndə sektoruna yeniliklər gətirən və bu sahəni inkişaf etdirən, o cümlədən ölkə sərhədlərini aşan ilk supermarket layihəsinin də rəhbərliyini həyata keçirən Turan Özbahceci və Eşqin İsmailli olub. 2021-ci ildə 21-ci filialı ilə “Bolmart” market Şuşa şəhərində fəaliyyət göstərəcək. Yalnız Şuşada deyil, Qarabağın digər ərazilərində, o cümlədən Hadrutda da “Bolmart”ın növbəti filialının açılışı planlaşdırılır.

“Süfrəniz bol olsun” sloqanı ilə fəaliyyət göstərən “Bolmart” marketlər şəbəkəsinin əsas məqsədi Azərbaycanın, eləcə də Qarabağın hər bir nöqtəsində vətəndaşların yüksək xidmət və üstün keyfiyyətlə qeydinə qalmaqdır:

"Hazırkı məqsədimiz Şuşanı yenidən dirçəltmək və Azərbaycanı dünyanın ən gözəl ölkəsinə çevirməkdir".(report)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »