Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Manatın taleyi qaranlıqdır: Hökumət niyə "əyri" yolla gedir...
Dollar-Manat, USD-AZN

Brent markalı neftin barrelinin orta aylıq qiyməti noyabrda 43 dollar təşkil edib. Bu göstərici noyabrla müqayisədə 3 dollar çoxdur.

Bizimyol.info xəbər verir ki, bu dəqiqələrdə Brent markalı neftin bir barreli təxminən 51 dollara satılır. Amma bu rəqəmin bundan sonra da rahatlıqla artacağı gözlənilmir.

Hazırda müşahidə olunan qiymət artımı dünyanı bürümüş sağlamlıq böhranı ilə bağlı peyvəndin tətbiqinə başlanılması və OPEK+-un qərarı ilə bağlıdır. OPEK hasilatı gələn ilin yanvarında da artırmayacağını açıqlayıb.

OPEC, OPEK, Neft İxrac edən Ölkələrin Təşkilatı OPEK - Neft İxrac edən Ölkələrin Təşkilatı

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının hesablamalarına əsasən, 2021-ci ildə Brent markalı neftin bir barrelinin orta illik qiyməti 49 dollar təşkil edəcək. Adətən, Azərbaycanın hasil etdiyi "Azeri Light" markalı nefin qiyməti Brent markası ilə müqayisədə bir neçə dollar çox olur.

Administrasiyanın ehtimallarına görə, ilin 1-ci rübündə orta qiymət 47 dollar təşkil edəcək və ilin sonuncu rübündə təxminən 50 dollara qədər qalxacaq.

Dekabrın 3-də OPEK+ qərara gəlib ki, yanvar ayı üçün nəzərdə tutulmuş hasilat artımını təxirə salsın. Bu üzdən də son günlər neftin qiymətində artım müşahidə olunub. Amma ABŞ-ın Enerji İnformasiya Administrasiyası hesab edir ki, OPEK+ 2021-ci ilin əksər kəsimində hasilatı artırmağa davam edəcək. Nəticədə təchizatda yaranan artıqlıq qiymətləri geri çəkəcək.

Azərbaycan əvvəllər neftin ucuzlaşması üzündən artıq iki dəfə sarsıdıcı devalvasiyaya məruz qalıb. 2014-cü ildən başlayaraq neftin ucuzlaşması manatın kəskin şəkildə dəyər itirməsinə və ölkədə sosial durumun ağırlaşmasına səbəb olub.

Yoxsulluq

Təəssüf ki, hökumət bu vaxta qədər neftdən asılılığın aradan qaldırılması üçün tutarlı qərarlar qəbul edə bilməyib. Ölkənin ixracının və büdcə gəlirlərinin 70-90 faizi neft və neft məhsullarının ümidinə qalıb.

1-ci və 2-ci devalvasiyalardan sonra çoxları gözləyirdi ki, hökumət qeyri-neft mənbələrindən ölkəyə dollar axınını artırmaq üçün azad sahibkarlıq mühiti və liberal gömrük rejiminə gedəcək.

Məsələ ondadır ki, pul da əmtəənin bir növüdür. Məsələn, sarımsaq qıt olanda bahalaşır, bol olanda ucuzlaşır. Pul da belədir. Dollar azalanda bahalaşır, bol olanda kursu düşür. Neft ucuzlaşan kimi ölkəyə dollar axını azaldı və dövriyyədə dollar qıtlığı yarandı. Nəticə isə dolların bahalaşması və manatın devalvasiyası oldu.

Çoxları ehtimal və təklif edirdi ki, ölkəyə dollar axınının artırılması üçün ixrac yönümlü istehsal sahələrinin inkişafına şərait yaradılacaq. Nəticədə ölkəyə daha çox dollar gələcək və manata nəzərən ucuzlaşacaq.

Amma hökumət bunun əvəzində "əyri" bir yolu - dövriyyədə manat kütləsini azaltmaq yolunu seçdi. Yəni manatı qıtlaşdırmaqla dəyərə mindirməyə və ucuzlaşmasının qarşısını almağa qərar verdi. Nəticədə hələ 2014-cü ildə bir neçə ay ərzində maaş və pensiyaların verilməsi ləngidildi, müxtəlif cərimələrin tətbiqinə başlanıldı, banklardan nağd manat kütləsinin çıxarılmasına limit tətbiq edildi. İnhisarçı ticarət şəbəkələri qiymətləri süni şəkildə iqtisadi izahı olmayan dərəcədə artırmaqla əhalinin əlindən daha çox pulun çıxmasını təmin etdilər. Bu və digər tədbirlər bütövlükdə dövriyyədən, yəni əhalinin əlindən milyardlarla manat vəsaitin çıxmasına gətirib çıxardı. Nəticədə hətta hər ay şəxsi "ehtiyat fondu" üçün 100-200 dollar alanlar da "dar gün" üçün pul artırmaq imkanlarını itirdilər.

Bankomat, pensiya, maaş

Bu tədbir manatın kursunu sabitləşdirsə də, əhaliyə ağır sosial zərbə bahasına başa gəldi.

Son vaxtlar isə qlobal səhiyyə böhranı üzündən iqtisadi fəallıq azalıb. İdxal əməliyyatlarının minimuma enməsi dollara tələbatı azaldıb.

Bəs gələn ildən nə gözləyək? Təəssüf ki, hələ də ölkə neftdən gələn dollarların ümidinə qalıb. Belə görünür ki, gələn il də hökumət əhalinin əlində dolları artırmaq yox, manatı azaltmaq yolunu davam etdirəcək.

Amma bu tədbirlər də bəlli bir yerə qədər effektli ola bilər. Sosial durumun da ağırlaşma limiti var. Əgər hökumət əhalinin öz sahibkarlıq potensialını dollara çevirmək imkanlarını boğmaqda davam edəcəksə, gələn il dolların bahalaşması qaçılmaz olacaq. İnzibati cilovlama tədbirləri sonsuza qədər səmərəli ola bilməz.

Neftin qiyməti yuxarıda proqnoz edildiyi kimi olacaqsa, ölkədə sosial inkişafa ümid bağlamaq çətindir. Hökumət əvvəlki illərdə olduğu kimi əhalinin "dar gün" üçün 100-200 dollar almaq imkanlarını sıfırlamaqla məşğul olacaqsa, sosial durum indikindən daha ağır olacaq.

Neft, qiymət

Dolara tələbatı aşağı səviyyədə saxlamaq üçün əhalini sosial cəhətdən çox sıxışdırmaq lazım gələcək. Ola bilsin, yeni cərimələr və yeni limitlərin tətbiqini də gözləməyə dəyər...

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »