Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı
Xarici İşlər Nazirliyi

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlərə baxılıb.

“Report” xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda vəsatətlər təmin edilib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
Son xəbərlər
Bütün xəbərlər »