Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist Almaz Mustafayeva vəfat edib
Əməkdar artist Almaz Mustafayeva vəfat edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

Bizimyol.info xəbər verir ki, bu barədə teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.

O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Almaz Mustafayeva Almaz Mustafayeva

A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Allah rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »