Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtkin düşmüş erməni əsgərinin atası: "Azərbaycanlılara müraciət edəcəyəm"
Ermeni hərbi geyimi

İtkin düşmüş hərbçilərin qohumları Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Virtualaz.org-un məlumatına görə, "Ermənistanın səsi" yazır ki, valideynlərdən biri hökumətin işini qənaətbəxş adlandırmayıb. Onun sözlərinə görə, onu narahat edən suallara cavab ala bilməyib.

"Valideynlər ən azı 70% onların suallarına cavab almaq üçün toplaşmışdılar. Mən heç vaxt öz suallarıma cavab almamışam. Mən hökumətin işindən razı deyiləm. Azərbaycanlılarla danışıqlara gedəcəyəm", - itkin düşmüş hərbçilərdən birinin atası deyib.

Onun sözlərinə görə, itkin düşmüş hərbçilərin axtarışında şəxsən iştirak edib və hətta azərbaycanlılarla danışıqlara da qoşulub.

İtkin düşmüş erməni əsgərlərinin valideynlərinin hökumətə bir sıra sualları var. Onlardan biri itkin düşənlərə, digəri isə həlak olmuş hərbi qulluqçuların qalıqlarının axtarışı və aparılmasına aiddir. Növbəti sual DNT analizi üçün avadanlıqların sayı ilə bağlıdır.

Erməni KİV yazır ki, ötən gün itkin düşmüş hərbçilərin qohumları səhər tezdən Hökumət binasının qarşısına toplaşıblar. Onlar Proşyan küçəsi ilə Baqramyan prospektinin kəsişməsini bağlayıblar. Bu gün onlara baş nazirin müavini Tiqran Avinyanla görüşməyi təklif ediblər, lakin onlar təklifdən imtina ediblər.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »