Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun gözlənilməz yayılma yolu aşkarlanıb
Karantin koronavirus maska dezinfeksiya

Cənubi koreyalı alimlər koronavirusun çoxmənzilli evlərdəki havalandırma sistemləri vasitəsi ilə yayıla biləcəyini müəyyənləşdiriblər.

Bizimyol.info xəbər verir ki, onların müvafiq hesabatı “Science Direct” portalında dərc olunub. Tədqiqata Seul şəhərindəki yaşayış kompleksinin müxtəlif mərtəbələrində yaşayan bir neçə ailənin eyni vaxtda COVID-19 infeksiyasına yoluxması səbəb olub.

Əvvəlcə binanın altınci mərtəbəsinin sakinləri koronavirusa yoluxub, sonra infeksiya dördüncü və beşinci mərtəbədəki qonşulara keçib. Sonradan 10-cu və 11-ci mərtəbələrin sakinləri də eyni aqibətlə üzləşib. Yoluxanlar bir-biri ilə təmasda olmadıqlarını, onlardan ikisi hətta liftdən belə istifadə etmədiklərini bildirib.

Tədqiqat zamanı məlum olub ki, mənzillərin hamısı ümumi havalandırma sisteminə birləşib. Alimlərin fikrincə, virus mənzillərə hamam otağındakı havalandırma dəlikləri vasitəsi ilə daxil olub.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »