Rusiyada son sutka ərzində koronavirusa 29 258 yeni yoluxma halı qeydə alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 3 021 964 nəfərə çatıb.
Rusiyada son 24 saatda həm də 567 pasiyent vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 54 226 nəfər olub.
İndiyədək 2 426 439 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.